İanələr 2012/Tərcümə/Açılan banner

This page is a translated version of the page Fundraising 2012/Translation/Drop down banner and the translation is 100% complete.
NOTE TO TRANSLATORS

This letter is a new translation request, but re-uses large parts of

If these have been translated into your language, you can probably re-use much of it for this translation and hopefully a lot will be suggested with translation memory :-)

Texts

Banner

Əziz Vikipediya oxucuları: Biz dünyada beşinci böyük veb-saytı işlədən kiçik bir qeyri-kommersiya təşkilatıyıq. Bizim cəmi 150 əməkdaşımız var, amma 450 milyon istifadəçiyə xidmət edirik və istənilən başqa böyük sayt kimi müəyyən xərclərimiz var: serverlər, elektrik enerjisi, kirayə haqqı, proqram təminatı və personal. Vikipediya xüsusi bir şeydir. O kitabxanaya və ya ictimai parka bənzəyir. O ağıl üçün bir məbəddir və hamımızın fikirləşmək və öyrənmək üçün gedə biləcəyi bir yerdir. Biz öz müstəqilliyimizi qorumaq üçün reklam yerləşdirmirik. Hökumətdən heç bir vəsait almırıq. Biz orta hesabla 25 manat məbləğindəki ianələr sayəsində fəaliyyət göstəririk. Əgər bunu oxuyan hər kəs bir fincan qəhvənin dəyərində pul versəydi, ianə toplama kampaniyamız bir saat ərzində başa çatardı. Əgər Vikipediya sizin üçün faydalıdırsa, onu daha bir il saxlamaq üçün bir dəqiqənizi ayırın. Zəhmət olmasa bizə ianə toplamaq haqda unutmağa və Vikipediyaya geri dönməyə kömək edin. Təşəkkür edirik!


Dropdown

Vikipediyanı yaratdığım zaman, onu reklam bannerləri olan kommersiya məqsədli bir şirkət edə bilərdim. Ancaq mən fərqli bir şey etmək qərarına gəldim. Ticarət yaxşıdır. Reklam da pis deyil. Lakin onlar bura aid deyillər. Vikipediyada olmaz. — Wikipedia Founder, Jimmy Wales


Donation Box

Xahiş edirik, ianə toplama kampaniyasının bu gün bitməsi üçün imkanınız çərçivəsində ianə verin.


Legal info

İanə verərək, məxfilik siyasətimizə görə öz informasiyalarınızı Vikimediya Fondu və bu fondun ABŞ və başqa yerlərdəki xidmət provayderləri ilə bölüşürsünüz. Bu fond mənfəət məqsədi güdməyən, ABŞ-da 20-0049703 qeydiyyat nömrəsi ilə qurulmuş, vergidən azad 501(c)(3) kateqoriyalı təşkilatdır. Daha ətraflı məlumat üçün bizim ianəçi siyasətimizi oxuyun.


Tab

Bağla