This page is a translated version of the page Meta:Patrollers and the translation is 88% complete.
Outdated translations are marked like this.
Bu səhifə Metadakı "patrul" qrupu haqqında məlumat xarakterlidir.

Patrullar yeni səhifələri yoxlamaq, son dəyişikliklər üzərində düzəlişlər aparmaq və rolbaker hüququndan istifadə edərək zərərli dəyişiklikləri sürətli geri qaytarmaq imkanı olan istifadəçi qrupudur. Patrul hüququ 2017-ci ilin sentyabrında ümumi konsensusa əsasən yaradılıb. Hüquq etibarlı istifadəçilərə idarəçilər tərəfindən birbaşa, yaxud istifadəçilərin kömək üçün idarəçilər və bürokratlara müraciət səhifəsindəki namizədliyi ilə verilə bilər.

Patrul

Əsas səhifə: Kömək:Patrullanmış redaktə

Sürətli geri alma

Əsas səhifə: Meta:Sürətli geri alma
  • İdarəçilər standart olaraq rolbaker (sürətli geri alma) hüququnu malikdirlər. Bu səbəbdən idarəçilərin bu hüququ tələb etmələrinə ehtiyac yoxdur.

Hüququn geri alınması

Fəaliyyətsizlik
2 il müddətində aktiv olmayan istifadəçi hesabından hüquq geri alınır. Fəaliyyətsizlik dedikdə 2 il ərzində istifadəçinin heçbir redaktə etməməsi və hesaba giriş əməliyyatını həyata keçirməməsi nəzərdə tutulur.
Yanlış istifadə
Yanlış düzəlişləri dəfələrlə patrullanmış kimi qeyd etmiş və ya konstruktiv düzəlişləri geri qaytarmaq üçün rolbaker hüququndan istifadə edən, yaxud məzmunu mübahisəli olan səhifələrə edilən redaktələri geri alaraq bu alətdən sui-istifadə edən istifadəçilərin hüququ ləğv oluna bilər. Hüquq istənilən vaxt idarəçi tərəfindən ləğv edilə bilər. Bu haqda istifadəçiyə əvvəlcədən xəbər vermək məcburi deyil, lakin idarəçi istəsə istifadəçiyə bu haqda bildiriş verə bilər. Patrul hüququ ləğv edilmiş istifadəçinin öz müraciəti olmadan bu hüquq ona birbaşa verilə bilməz.

Həmçinin bax