Tech/Server switch/az
Bütün vikilər yaxın vaxtlarda sadəcə oxuma rejimində işləyəcək
Bu mesajı başqa dildə oxuyun • Please help translate to your language
Vikipediya və digər Vikimedia saytlarının fövqəladə hallarda da fəaliyyətini davam etdirə bilməsi üçün Vikimediya Fondu trafikin istiqamətini məlumat mərkəzləri arasında dəyişdirəcək. Hər şeyin düzgün işlədiyindən əmin olmaq üçün Vikimedianın texnologiya bölməsi planlaşdırılmış bir sınaq keçirməlidir. Bu sınaq verilənlərin bir məlumat mərkəzindən digərinə təhlükəsiz şəkildə keçib-keçə bilməyəcəyini göstərəcək. Yəni birinci verilənlər mərkəzində problem yaranarsa, ikinci verilənlər mərkəzinə keçilə bilər və istifadəçilər yenə də Vikipediya və digər Vikimedia saytlarına daxil ola bilərlər. Sınağın məqsədi bu keçidin problemsiz şəkildə həyata keçirildiyini göstərməkdir. Sınağ müddətində bir çox komanda gözlənilməyən problemləri həll etmək üçün hazır vəziyyətdə olacaq.
20 sentyabr-dən etibarən bütün şəbəkə trafiki başqa yerə yönəldiləcək. Sınaq saat 14:00 UTC -da başlayacaq
Təəssüf ki, Vikimediadakı bəzi məhdudiyyətlərə görə, köçürmə zamanı bütün redaktələr dayandırılmalıdır. Bu kəsintiyə görə üzr istəyirik və gələcəkdə onu ən aza endirmək üçün işləyirik.
'Qısa müddət ərzində siz bütün vikiləri oxuya biləcəksiniz, lakin onları redaktə edə bilməyəcəksiniz.'
- Çərşənbə 20 sentyabr 2023-cü il, çərşənbə günü bir saata qədər redaktə edə bilməyəcəksiniz.
- Bu müddət ərzində redaktə etməyə cəhd etsəniz, xəta xəbərdarlığı görəcəksiniz Ümid edirik ki, bu dəqiqələr ərzində heç bir redaktə itirilməyəcək, lakin buna zəmanət verə bilmərik. Əgər xəta xəbərdarlığını görsəniz, hər şey normallaşana qədər gözləyin. Bundan sonra redaktənizi yaddaşa saxlaya bilməlisiniz. Bununla belə, ehtiyat tədbiri olaraq, dəyişikliklərinizi vaxtından əvvəl kopiyalamağınızı tövsiyə edirik.
Başqa təsirləri:
- Arxa plandakı işlər daha yavaş işləyəcək və bəziləri ləğv oluna bilər. Qırmızı keçidlər, yəni əlaqəli səhifənin hələ yaradılmaması və ya adın səhv yazılması vəziyyətində yaranan qırmızı keçidlər normaldan daha yavaş yenilənə bilər. Əgər başqa yerdə keçidi olan məqalə yaratsanız, keçid həmişəkindən daha uzun müddət qırmızı qala bilər. Bəzi uzun müddət işləyən proqramlar dayandırılmalı olacaq.
- * Normal həftələrdə olduğu kimi, kod yeniləmələrinin edilməsini gözləyirik. Bununla belə, bəzi hallarda əməliyyatlar tərəfindən tələb olunan kodun dondurulması əvvəlcədən müəyyən edilmiş vaxtda edilə bilər.
- * GitLab təxminən 90 dəqiqə ərzində əlçatmaz olacaq.