Stüardlar siyasəti

This page is a translated version of the page Stewards policy and the translation is 94% complete.
Outdated translations are marked like this.
Bu səhifədə stüardlar üçün rəhbərlik və siyasət şərh olunur. Digər təlimatlar və sənədlər üçün stüardlar üçün rəhbərlik səhifəsinə baxın.
Stüardlar
Stüardlar üçün:
Panelər

Qaydalar

Qərar qəbul etməyin

Stüardlar digər istifadəçilərə hər hansı əlavə səlahiyyətin verilib-verilməyəcəyi haqqında qərar qəbul etməməlidirlər. Onların işi qaydalar çərçivəsində cəmiyyətin konsensus əldə etməsi nəticəsində qərar qəbul etmələridir. Aktiv istifadəçilərin olmadığı və təcili müdaxilə edilməsi zəruri olan hallar istisna olmaqla, tam əminliyinin olmadığı təqdirdə stüard qərar qəbul etməməlidir.

Stüardlar həmişə neytral olmalıdırlar. Onlar seçkilərdə səsvermə hüququna malikdirlər, amma stüard nəticə ilə razılaşmayacağı təqdirdə belə nəticə üzrə hərəkət etməlidir.

Nəticə

Stüardların yuxarıda qeyd olunan qaydalara riayət etməsi "məcburi" olsa da, onlar ümumi qərarlarında tərəf müqabili olmaqda məcburi deyillər və digər istifadəçilər kimi adi redaktorlar ola bilər və öz fikirlərini sərbəst şəkildə ifadə edə bilər.

Bir sözlə: Çox düyməyə sahib olması ilə onlar nə cür fikirləşmək və hiss etmək səlahiyyətini itirmirlər.

Yerli bürokratı olan layihələrdə istifadəçilərin statusunu dəyişməyin

Yerli bürokratlar idarəçilərə, bürokratlara və botlara status vermək üçün səlahiyyətlidirlər. Stuardlar yalnız aktiv bürokratları olmayan layihələrdə status təqdim etmək hüququna malikdirlər.

Əgər stüard eyni zamanda digər layihələrdə bürokratdırsa, o Meta-Vikidəki stüard interfeysinin əvəzinə burokratın lokal interfeysindən istifadə edərək status təqdim edə bilər. Bu, fəaliyyətin şəffaflığını artırır. Çünki onun fəaliyyəti yerli vikinin jurnalında qeyd edilir və istifadəçinin hansı rolda iştirak etməsinə dair anlaşılmazlıq olması ehtimalını azaldır.

Maraqların münaqişəsindən qaçmaq

Maraqların münaqişəsindən qaçmaq üçün stüard bitərəf olmadığı vəziyyətlərdə qərar qəbul etməməlidir. Bu cür vəziyyətlərdə stüardın bitərəf qalması məqsədəuyğundur. Bu aşağıdakı halları ehtiva edir:

  • stüardın bloklandığı istənilən vikilayihədə stüard hüququndan istifadə etməsi;
  • Ana layihədə (yəni vikicəmiyyətin aktiv üzvü olduğu layihələrdə) açıq-aşkar hallar (məsələn, öz statusunu ləğv etmək və fövqəladə hallar) istisna olmaqla statusun dəyişdirilməsi.

Şəffaflıq

Stüard fəaliyyəti üçün stüardlara müraciət səhifəsində müvafiq yerə müraciət etmək olar. Statusun dəyişdirilməsi üçün vikicəmiyyətin müraciəti zamanı bu statusun dəyişməsinə dair vikicəmiyyətin müzakirə olunaraq razılığa gəlinmiş səhifəyə istinad göstərilməlidir. Stüardların fəaliyyəti Meta-Viki jurnalında görsənir. Müraciət tamamlandıqdan sonra stüard Meta-Vikidəki müraciət səhifəsinə bunu qeyd etməlidir və yaxşı olar ki, mövcud olduğu təqdirdə yerli müraciət səhifəsində də qeyd etsin.

Stüardın fəaliyyəti şəxsi yazışmada yox, Meta-Vikidə həyata keçirilməlidir ki, redaktorlar stüardın qərarını anlaya bilsin. Əgər stüard qərar qəbul etməkdə tərəddüd edirsə, bu barədə digər stüradlara bilgi verməlidir ki, müraciət yerinə yetirilməyib.

Yerli qaydaları yoxlamaq

Əgər stüard fəaliyyətinə dair yerli qaydalar qəbul olunubsa, onda hüquqların verilməsinə dair qərarın qəbul olunması zamanı stüard əmin olmalıdır ki, bu qərar həmçinin yerli qaydalara müvafiqdir və vikicəmiyət məsələyə dair konsensusa gəlib.

Proses

Seçkilər

Hazırki seçkilərin meyarları üçün bax: Stewards/Elections 2024/Guidelines.

Stüard hüququnun itirilməsi

Qeyri-aktivlik

Meta-Vikidə bir il stüard kimi fəaliyyət göstərməyən istənilən qeyri-aktiv stüard stüard hüququndan məhrum edilir. "Qeyri-aktiv" o deməkdir ki, o, stüard kimi son 6 ay ərzində bir fəaliyyəti də olmayıb və son bir il ərzində 10-dan az sayda fəaliyyət göstərib. Statusu alınmış stüard namizədliyini adi prosedur qaydalarına əsasən yenidən irəli sürə bilər.

Bir ildən sonra səsvermə

Stüard statusu ömürlük deyil. İstifadəçilər zəruri olduğu təqdirdə stüard statusunu alırlar, insanlar onlara etimad edirlərsə, bu hüququ saxlayırlar, etimadlarını itirdikdən sonra isə statusdan məhrum olurlar. Stüard hüququ növbəti illik səsvermə müddətinə qədər, daha doğrusu, istifadəçilərin şərhlərinin, xüsusi hallarda isə stüard bayrağının alınmasına dair müraciət etməyə dəvət olunduqları zamanadək, bir il müddətinə təqdim olunur. Əgər stüardlar stüarddan statusun alınmasına dair konsünsusa gəlindiyini müəyyən etsələr, stüard öz statusunu itirir.

Həmçinin bax