Stewards/elections 2011/Guidelines/az
- en/English (published)
- ar/العربية (published)
- az/azərbaycanca (published)
- bg/български (closed)
- bn/বাংলা (closed)
- bs/bosanski (published)
- ca/català (closed)
- cs/čeština (closed)
- de/Deutsch (published)
- el/Ελληνικά (closed)
- eo/Esperanto (published)
- es/español (published)
- et/eesti (closed)
- eu/euskara (closed)
- fa/فارسی (published)
- fi/suomi (published)
- fr/français (published)
- fy/Frysk (closed)
- ga/Gaeilge (closed)
- gl/galego (published)
- gsw/Alemannisch (published)
- he/עברית (closed)
- hi/हिन्दी (closed)
- hr/hrvatski (published)
- ht/Kreyòl ayisyen (closed)
- hu/magyar (closed)
- hy/հայերեն (closed)
- id/Bahasa Indonesia (closed)
- it/italiano (published)
- ja/日本語 (closed)
- jv/Jawa (closed)
- ka/ქართული (closed)
- km/ភាសាខ្មែរ (closed)
- ko/한국어 (closed)
- ksh/Ripoarisch (closed)
- ku/kurdî (closed)
- la/Latina (closed)
- lb/Lëtzebuergesch (closed)
- li/Limburgs (closed)
- lmo/lombard (closed)
- mg/Malagasy (closed)
- mk/македонски (published)
- ml/മലയാളം (closed)
- ms/Bahasa Melayu (published)
- mt/Malti (closed)
- my/မြန်မာဘာသာ (closed)
- nb/norsk bokmål (closed)
- ne/नेपाली (closed)
- nl/Nederlands (published)
- oc/occitan (closed)
- pa/ਪੰਜਾਬੀ (closed)
- pam/Kapampangan (closed)
- pl/polski (published)
- pms/Piemontèis (closed)
- pt/português (published)
- ro/română (closed)
- ru/русский (published)
- scn/sicilianu (closed)
- sk/slovenčina (closed)
- sl/slovenščina (closed)
- so/Soomaaliga (closed)
- sq/shqip (published)
- sr/српски / srpski (closed)
- sv/svenska (closed)
- ta/தமிழ் (closed)
- te/తెలుగు (closed)
- th/ไทย (closed)
- tl/Tagalog (closed)
- tr/Türkçe (closed)
- tt/татарча / tatarça (closed)
- ur/اردو (closed)
- uk/українська (closed)
- vi/Tiếng Việt (published)
- yue/粵語 (published)
- zh-hans/中文(简体) (published)
- zh-hant/中文(繁體) (published)
Seçicilər
editSeçicilər qarşısında qoyulan tələblər:
- Metada (bu vikidə) istifadəçi hesabı mövcud olmalıdır;
- Qlobal istifadəçi hesabı (və ya Metada və "doğma viki"də bir-birinə çarpaz keçidləri olan istifadəçi hesabı) mövcud olmalıdır;
- əsas istifadəçi hesabı əsasən bot fəaliyyəti üçün istifadə edilməməlidir;
- 2010-cu il noyabrın 1-nə qədər bir vikidə (bir neçə vikidəki redaktə statistikası ümumiləşdirilə də bilər) ən azı 600 redaktə etməlidir;
- 2010-cu il avqustun 1-dən 2011-ci il yanvarın 31-nə qədər həmin vikidə (bir neçə vikidəki redaktə statistikası ümumiləşdirilə də bilər) ən azı 50 redaktə etməlidir.
Siz istifadəçi hesabınızın bu tələblərə cavab verib-vermədiyini avtomatik yoxlaya bilərsiniz.
Tərcüməçilər
editLütfən, aşağıdakı səhifələri öz ana dilinizə çevirməyə kömək edin:
- giriş (seçki səhifəsinin başlığı);
- bu səhifə: bax: sağdakı tərcümə bloku;
- namizədlərin ərizələri: bax: hər başlığın altındakı tərcümə üçün keçidlər;
- mərkəzi bildiriş: bax: tərcümə səhifəsi.
İştirakçılara təkliflər
edit- Siz namizədlərə suallarınızı Stewards/elections 2011/Questions səhifəsində ünvanlaya bilərsiniz.
- Siz verdiyiniz səsə qısa (bir-iki cümlədən çox olmamaq şərtilə) izah da əlavə edə bilərsiniz. Uzun-uzadı izah və şərhlər (digər istifadəçilərin verdiyi səslərə reaksiyalar) müzakirə səhifəsinə yerləşdirilə bilər. Bu vaxt digər istifadəçilərin onu tapa bilməsi üçün sizin izah və şərhinizə qeyd əlavə olunacaq.
- Bəzi istifadəçilərin mərkəzi bildiriş sistemi bağlı olduğuna görə, siz səsvermədə maraqlı ola biləcək digər istifadəçiləri səsvermə haqqında məlumatlandıra bilərsiniz.
Namizədlər
editİlkin şərtlər
editStüardlığa namizədliyinizi irəli sürməmişdən əvvəl siz:
- stüard, təftişçi və müfəttiş səlahiyyətlərini, eləcə də Gizlilik prinsipini nizamlayan qaydalara əməl edəcəyinizlə razılaşmalısınız;
- qlobal (SUL) istifadəçi hesabına malik olmalısınız;
- Metada sizin qlobal istifadəçi hesabınızla birləşdirilən istifadəçi hesabına malik olmalısınız;
- Vikimedia Fondunun ən azı altı ay ərzində aktiv fəaliyyət göstərdiyiniz heç olmasa bir layihəsində istifadəçi hesabına malik olmalısınız;
- Vikimedia Fondunun layihələrindən birində indi və ya keçmişdə ən azı üç ay idarəçi səlahiyyətləri daşımış olmalısınız.
Siz istifadəçi hesabınızın bu tələblərə cavab verib-vermədiyini avtomatik yoxlaya bilərsiniz.
Bundan əlavə stüardın fəaliyyəti hüquqi nəticələrə və hüquqi prosedurlara cəlb olunmağa gətirib çıxara biləcəyinə görə (bax: təftişçilər və müfəttişlərlə bağlı qaydalar), siz:
- 18 yaşında olmalı, eləcə də ən azı səsvermənin sonuna 1 gün qalmış öz ölkənizin qanunlarına uyğun olaraq yetkinlik yaşına çatmalısınız;
- tam adınızı və tələb olunan digər şəxsi məlumatları Vikimedia Fonduna bildirməlisiniz.
Fəaliyyətləri çox vaxt digər dillərdəki layihələrlə əlaqədar olduğuna görə stüardlar bir qayda olaraq bir neçə dil bilirlər. Amma bu şərt deyil. Stüardlar həm də onlarla əlaqə yaradılması üçün daim (nə qədər mümkündürsə) əhatə dairəsində olmalıdırlar. Stüardlara dair siyasət məhdudiyyətlərə malikdir; məsələn, stüardlar aktiv olduqları layihələrdə maraqların toqquşmasından yaxa qurtarmaq üçün öz səlahiyyətlərindən istifadə edə bilməzlər; onların stüardlara müraciətlər səhifəsində fəaliyyəti və köməkləri alqışlanır. Stüardlar eləcə də müraciətlərə cavab vermək üçün freenode-dakı IRC #wikimedia-stewards kanalına qoşula bilərlər.
Fəaliyyətsiz stüardlar səlahiyyətlərindən məhrum edilir.
Ərizə
editƏgər siz öz namizədliyinizi irəli sürmək qərarına gəlmisinizsə, lütfən, aşağıdakı təlimatlara uyğun addımlar atın.
Ərizənin və səsvermə səhifəsinin yaradılması
edit- Alt səhifə yaradın (sadəcə açın və səhifəni yaradın)
- Aşağıdakı məlumatlardan istifadə edib səhifəni redaktə edin:
- Əsl adınız (könüllü);
- Metadakı istifadəçi səhifəsinə və tələblərə cavab verən ikinci aktiv istifadəçi hesabına keçidlər.
- Vikimediada qəbul olunmuş formatdan (məsələn "fr-3"; bax: {{user language}}) istifadə etməklə oxuya və yaza bildiyiniz dillərin siyahısı.
- Vikimedia Fondunun layihələrində iştirakınızın qısa xülasəsi. Xüsusilə, idarəçi və ya bürokrat kimi töhfələriniz, OTRS-komandanın, Arbitraj Komitəsinin üzvü kimi fəaliyyətiniz və ya sizin vacib bildiyiniz istənilən digər məlumat maraqlıdır. Yeni ideyalar üçün digər iştirakçıların ərizələrinə nəzər sala bilərsiniz.
- İndi səsvermə səhifəsi yaradın (heç bir dəyişiklik etməyə ehtiyac yoxdur; sadəcə səhifəni yaradın):
- Bu mərhələləri keçdikdən sonra özünüzü ərizəçilər siyahısına (
{{/İSTİFADƏÇİ ADINIZ}}
taqının köməkliyi ilə) və ərizələr və səsvermələr səhifəsinə ({{:Stewards/elections 2011/votes/İSTİFADƏÇİ ADINIZ}}
taqının köməkliyi ilə) əlavə edin, suallar səhifəsində bölmə yaradın və öz alt səhifənizi seçkilər səhifəsinə bu mətni əlifba sırasına uyğun əlavə etməklə daxil edin: : "{{se2011 candidate indexer|İSTİFADƏÇİ ADINIZ}}
". Könüllülər sizin üçün mətni digər dillərə tərcümə edəcəklər.
Şəxsiyyətin təsdiqi ilə bağlı məlumatların təqdim olunması
editTam adınızı və tələb olunan digər şəxsi məlumatları fevralın 7-nə qədər Vikimedia Fonduna bildirməlisiniz. Əks halda siz seçki prosesindən kənarlaşdırılacaqsınız. Nə etmək lazım gəldiyini öyrənmək üçün Steward handbook/email templates/az/identification səhifəsi ilə tanış olun. |