Steward handbook/email templates/az/identification

Şəxsiyyətin təsdiqinin vacibliyi ilə bağlı bildiriş

edit

English | Azərbaycanca | Deutsch | Deutsch (formal) | Español | Français | Italiano | 한국어 | 日本語 | Bahasa Melayu | Nederlands | Português | Русский | Tiếng Việt | ‪中文(繁體) | ‪中文(简体)

Hörmətli istifadəçi!

Müvəkkillər Şurasının açıqlanmayan məlumatlara çıxış əldə etmək hüququ ilə bağlı qətnaməsinə uyğun olaraq, istifadəçiyə mühafizə edilən və məxfi məlumatlara çıxış səlahiyyəti vermək üçün bizə onun şəxsiyyətini, eləcə də yetkinlik yaşına çatdığını təsdiqləyən sənədlər təqdim olunmalıdır. Bu sənədlər aşağıdakılardan biri ola bilər:

  1. Sürücülük vəsiqəsinin surəti və ya skaner olunmuş variantı.
  2. Şəxsiyyəti təsdiq edən sənədin surəti və ya skan edilmiş variantı.
  3. Əsl ad və təvəllüd barədə özündə məlumat daşıyan digər hər hansısa rəsmi sənədin surəti və ya skaner olunmuş variantı.

Bu sənədi aşağıdakı vasitələrdən biri ilə bizə göndərmək olar:

  1. Elektron poçt vasitəsilə bu ünvana: secure-info@wikimedia.org
  2. Faksla bu nömrəyə: +1 (415) 882-0495
  3. Adi məktub şəklində bu ünvana:

Wikimedia Foundation Inc.
ATTN: PHILIPPE BEAUDETTE
149 New Montgomery Street, 3rd Floor
San Francisco, CA 94106
USA

Lütfən, bununla bərabər bizə öz istifadəçi adınızı və iştirak etdiyiniz viki-layihənin adını bildirməyi də yaddan çıxarmayın.

Yuxarıda adı çəkilən qətnamə bu səhifədə yerləşir: <http://wikimediafoundation.org/wiki/Access_to_nonpublic_data_policy>

Əgər siz lazımi səviyyədə öz şəxsiyyətinizi təsdiq etməyin digər mümkün variantlarını müzakirə etmək istəyirsinizsə, lütfən Müvəkkillər Şurasının bu səhifədəki siyahıda adı olan istənilən üzvü və ya bu səhifədə mənimlə, ya da heyətin digər üzvü ilə əlaqə saxlayın.

Əgər siz artıq şəxsiyyətinizin təsdiqi ilə bağlı məlumat təqdim edib cavab almamısınızsa, sizdən üzr istəyirik. Zəhmət olmasa, elektron məktub yazıb bu məlumatları nə vaxt və hansı vasitə ilə bizə çatdırdığınızı bildirin.

Diqqətinizə görə təşəkkür edirik.