Vikimedia bülleteni, İyun 2012
2012-ci ilin iyun ayı üçün Vikimedia Fondu Hesabatından və Vikimedia texniki hesabatından əsas başlıqların və Vikimedia hərəkatına dair digər mühüm hadisələrin toplandığı əsas xəbərlər toplusu.
Vikimedia Fondu bülleteni
Məşvərətçi qrup vəsaitlərin sərf edilməsinə cavabdeh olacaq gələcək strukturu müzakirə edir
9-10 iyun tarixlərində Vəsaitlərin Bölüşdürülməsi Komissiyasının yaradılması üzrə məşvərətçi qrup Vikimedia Fondunun San-Fransiskodakı ofisində toplaşdı. Könüllülər, Fondun qəyyumları, Fondun bölmələrinin nümayəndələri, Fondun əməkdaşları və "Bridgespan Group"un üzvləri Vəsaitlərin Bölüşdürülməsi Komissiyasının vəsaitlərin (2012-2013-cü illərdə 10 milyon ABŞ dollarından çox) Fond, bölmələr və digər qruplar arasında bölünməsinə dair prinsipial qərarları necə verəcəyini müzakirə etdilər. Önə sürülən tövsiyələrə əsaslanaraq Qəyyumlar Şurası son nəticədə Komissiyanın nizamnaməsini və ilkin addımlarını təsdiqlədi. Komissiyanın fəaliyyətində iştirak etmək istəyən Vikimediya hərəkatı iştirakçıları öz namizədliklərini irəli sürməyə dəvət olunurlar.
İkinci vizual redaktorun prototipi istifadəyə verildi
Vikimedia layihələri üçün yeni vizual redaktorun prototipi istifadəyə verildi. Bu redaktor səhifə yarada və redaktə edə bilir. İstifadəçilər çətin hipertekst viki-kodlarını bilmədən də, layihələrə töhfə verə biləcəklər.
"Çay evi" pilot layihəsi ümidverici nəticələrlə başa çatdı
Vikipediya redaktorlarının təcrübəli viki-cəmiyyət üzvlərindən yardım ala biləcəkləri Çay evi, hesabatın və say göstəricilərinin yayımlanması ilə üç aylıq pilot fazasını tamamlamışdır. Pilot layihədə 568 könüllü iştirak etmişdir. Keçirilən sorğunun suallarına cavab verənlərin 70%-i Çay evində qazandıqları təcrübədən razı qaldığını və sadəcə 5%-i razı qalmadığını bildirmişdir. Çay evinə dəvət edilən yeni redaktorlar, dəvət edilməyənlərlə müqayisədə daha çox redaktə etmişlər. Vikipediya üzrə qadın istifadəçilərin sayı 9% olduğu halda, Çay evində bu göstərici 28%-dir.
Proqram mütəxəssisləri Berlində toplandılar
30 ölkədən 100-dən artıq iştirakçı Vikimedia Almaniya və Vikimedia Fondunun əməkdaşlığı ilə təşkil edilən Berlin xakatonu üçün Berlində toplaşdı. İştirakçılar arasında MediaWiki inkişafetdiriciləri, Toolserver istifadəçiləri, sistem operatorları, bot və təminat üzrə mütəxəssislərlə yanaşı, bir çox Vikimedia texniki mütəxəssisi də var idi. İştirakçılar xakaton zamanı Wikidata və RENDER layihələri haqqında ətraflı məlumat əldə etmək fürsəti qazandılar.
Verilənlər və tendensiyalar
May ayında unikal ziyarətçilərin ümumi sayı:
- 492,39 milyon (aprelə nisbətən 4,02% çox; ötən ilin may ayına nisbətən 19,79% çox)
- (Vikimedia Fondunun bütün layihələri üzrə comScore məlumatları; may ayı üçün comScore məlumatları iyulda açıqlanacaq)
İyun ayında səhifə sorğuları:
- 18,1 milyard (maya nisbətən 0,2% çox; ötən ilin iyunu ilə müqayisədə 22,7% çox)
- (Vikimedia Fondunun bütün layihələrini, o cümlədən mobil telefonlardan daxilolmaları da nəzərə alan server qeydlərindən məlumatlar)
2012-ci ilin may ayında fəal olan qeydiyyatlı istifadəçilər (ayda >= 5 redaktə):
- 85 200 (aprellə müqayisədə 0,38%, ötən ilin mayı ilə müqayisədə 3,25% çox)
- (VikiAnbar istisna olmaqla, Vikimedia Fondunun bütün layihələrini nəzərə alan məlumatlar bazasının məlumatları. Qeyd: Yaxın gələcəkdə biz qlobal istifadəçi qeydiyyatlarının töhfələrini və VikiAnbarı nəzərə alan hesablama metoduna keçəcəyik)
2012-ci ilin may ayına əsas göstəricilər:
Maliyyə
(Hesabatın hazırlanması zamanı yalnız 2012-ci ilin may ayına maliyyə məlumatları mövcud olmuşdur.)
Bütün maliyyə məlumatları 1 iyul 2011 - 31 may 2012-ci il tarixlərini əhatə edir.
Gəlirlər | $ 35,563,497 |
---|---|
Xərclər: | |
Texniki qrup | $ 10,979,122 |
Cəmiyyət / İanə toplama qrupu | $ 3,612,603 |
Qlobal inkişaf qrupu | $ 3,882,629 |
İdarəetmə qrupu | $ 863,259 |
Maliyyə/Hüquq/Kadr/İdarəçi qrupu | $ 6,127,792 |
Ümumi xərclər | $ 25,465,405 |
Cəmi qazanc/(zərər) | $ 10,098,092 |
Aylıq gəlir 162 min $-lıq plana qarşı 659 min $ təşkil etmişdir ki, bu da planla müqayisədə 497 min $ və ya 306% çoxdur.
- İlin əvvəlindən hesabat dövrünədək olan gəlirlər 29 milyon $-lıq plan göstəricisinə qarşı 35,6 milyon $ təşkil etmişdir ki, bu da planla müqayisədə 6,6 milyon $ və ya 23% artıqdır.
- Aylıq xərclər 2,2 milyon $-lıq plana qarşı 3,4 milyon $, yaxud plana nisbətən 1,2 milyon $ və ya 50% yüksək olmuşdur ki, bu da əvvəlcədən planlaşdırılmış əsaslı vəsait qoyuluşu xərclərinə çatmaq üçün edilmişdir.
- İlin əvvəlindən hesabat dövrünədək olan xərclər 25,7 milyon $-lıq plana qarşı 25,5 milyon $, yaxud plana nisbətən 252 min $ və ya 1% az olmuşdur.
- 31 may 2012-ci il tarixinə hesab qalığı 29,1 milyon $ təşkil edir ki, bu da təxminən 12,5 aylıq xərclərə bərabərdir.
Digər vacib hadisələr
"Afropediya" Afrikanın ucqar bölgələrinə Vikipediyanın offlayn versiyasını çatdırır
"Afropediya" adındakı yeni cəhd, internet əlaqəsinin mümkün olmadığı Qərbi Afrikada Vikipediyadan istifadə etməni mümkün edəcək. Layihə, Vikipediyanın (Kiwix) əsaslı çevrimdışı sürümlerini flaş belleklere yüklemek üzerinedir. Bunlar küçük, enerji verimliliği olan, ekransız ve klavyesiz olmakla birlikte, yerel ve çevrimdışı bir WiFi ağa bağlanabilen aygıtlardır. WiFi sinyalini alan herhangi bir kimse, içeriğe erişebilecektir. Layihə, Wikimedya Fransa ile Frankofoni Üniversiteleri Birliği (Agence universitaire de la Francophonie – AUF) ve Fransız Enstitüsü (Institut français – IF) işbirliğiyle yürütülmektedir. Qərbi Afrikada olan 15 ölkədəki 20 universitetdə layihənin tətbiqinə başlanması planlaşdırılır.
İkinci "İberkonf" sammiti Çilinin paytaxtı Santyaqoda keçirildi
İyunun ilk həftə sonunda İkinci İber-Amerikan Vikimedia Zirvəsi (və ya bilinən adıyla "Iberoconf") Santyaqo, Çilidə reallaşdı. Argentina, Boliviya, Braziliya, Çili, Kolumbiya, İtaliya, Meksika, Portuqaliya, İspaniya, Uruqvay və Venezueladakı yerli vəqflərin nümayəndələrinin yanında Panama, Peru, Vikimedia Fondu və Vikimedia Almaniyadan gələn qonaqların iştirakıyla reallaşdı.
"Vikipediya Akademiyası" Vikipediya haqqında araşdırmalar aparır
İyunun sonunda Vikimedia Almaniya tərəfindən təşkil edilən "Vikipediya Akademiyası 2012", akademik araşdırmaları və Berlindəki Vikimedianistləri bir araya gətirdi. Konfransda, Vikipediya haqqındakı araşdırmanın yanında ümumiyyətlə azad və ödənişsiz məlumat araşdırmasına da yer verildi. Müxtəlif sənəd və videolar onlayn olaraq araşdırıla bilər.
Vikimedia Fondunun fəaliyyət növləri və göstəriciləri üzrə 5 iyul 2012-ci ildə keçirilmiş aylıq görüş, iyun ayının göstəricilərinə deyil, 2012-13-cü illər üçün İllik Plana həsr edilmişdir. Görüşün videoyazısı İllik Planın dərc olunması ilə təxminən eyni vaxtda Vikimənbəyə yüklənəcəkdir.