"WikiGap" müsabiqəsi

This page is a translated version of the page WikiGap Challenge and the translation is 87% complete.
Outdated translations are marked like this.

WikiGap Challenge

[Social media: #WikiGap]

Vikipediyada qadınlar haqda məzmunu artırmaq məqsədi daşıyan məqalə yazma müsabiqəsinə xoş gəlmisiniz!

Bu, Vikipediyanın qadınlar və əlaqəli mövzularda əhatəliliyini mümkün qədər çox dildə, o cümlədən Vikimedia inkubatorundakı dillərdə gücləndirmək məqsədilə məqalələr yaratmaq və təkmilləşdirmək üzrə ictimai məqalə müsabiqəsidir. Qaliblər əla mükafatlar alırlar. Müsabiqə 2019-cu ildə ilk dəfə baş tutan qlobal "WikiGap" kampaniyasının bir hissəsi kimi təşkil edilir.

2023-cü ildə biz Vikipediyada məqaləsi az olan və ya heç olmayan mühüm qadınların adlarının siyahısını hazırlamaq üçün tərəfdaşlarla işləyirik. Bu məqalələrə görə bonus xallar veriləcək.

Biz həmçinin WikiGapFinder adlı aləti istifadəyə veririk. Bu alət bir dildə mövcud olan, lakin başqa dildə çatışmayan qadınlar haqqında məqalələri kəşf etməyə kömək edir. Yaratmaq üçün yaxşı məqalələri müəyyən etməkdə bundan istifadə edə bilərsiniz!

Nə vaxt

The 2023 writing Challenge is unfortunately cancelled.

Necə

Müsabiqənin strukturu sadədir və KISS qiymətləndirmə sistemi üzərində qurulub: siz məqaləni inkişaf etdirməklə ballar toplayırsınız və hər bir istifadəçi mümkün qədər çox bal toplamağa çalışır.

Kim

Hər kəs qadınlar haqqında məqalələr yazmaqla və/və ya tərcümə etməklə istənilən dildə kömək edə bilər. Qeydiyyatı olan istənilən Vikipediya istifadəçisi (istənilən vikidə və ya inkubatorda) müsabiqədə iştirak edə bilər. İştirak etmək üçün yalnız "İştirakçılar" bölməsində adınızı yazmaq lazımdır. Biz iştirakçılara bütün digər WikiGap tədbirləri və necə iştirak etmək barədə məlumat verəcəyik.

Nə üçün

Müsabiqə İsveç Xarici İşlər Nazirliyi(ref) və Vikimedia İsveçin təşkilatçılığı, İsveç səfirliklərinin, BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığının və dünyadakı Vikimedia tərəfdaş təşkilatlarının dəstəyi ilə keçirilir. Vikipediyada bütün mövzularda çatışmazlıqlar mövcuddur və bu müsabiqə çərçivəsində biz qadınlara dair məqalələri yaxşılaşdırmağı nəzərdə tuturuq. Vikipediyada qadınlar mövzusunda məqalələrin inkişaf etdirilməsi oxucularımızın dünyamızın formalaşmasında rolu olan insanlar haqqında keyfiyyətli məlumat ala biləcəyinə əmin olmağımız üçün vacibdir.

Sən də qatıl!

Contest details
Background
Prizes
List of articles
Participants
Results
Discussion
Log