Stewards/Elections 2012/Guidelines/az

Bu məlumat səhifəsi stüard seçkilərində namizədliyini irəli sürmək və ya səsvermədə iştirak etmək istəyən istifadəçilər üçün yaradılmışdır. Zəhmət olmasa, aşağıdakı bölmələrin hamısı ilə tanış olun.

Seçicilər edit

Səs vermək üçün sizdən aşağıdakılar tələb olunur:

  • Metada (vikinin bu bölməsində) istifadəçi adına sahib olmaq;
  • qlobal istifadəçi qeydiyyatına sahib olmaq (və ya Metadakı səhifənizdə sizin əsas vikinizdəki səhifənizə daxili keçid və həmçinin həmin vikidə Metaya daxili keçid);
  • öz istifadəçi qeydiyyatınızın bot məqsədləri (avtomatik işlər) üçün istifadə edilməməsi;
  • 2011-ci il noyabrın 1-nə qədər bir viki-bölmədə, yaxud vahid istifadəçi qeydiyyatına sahibsinizsə, ümumilikdə minimum 600 redaktə etmək;
  • 2011-ci il avqustun 1-dən 2012-ci il yanvarın 31-nə qədər minimum 50 redaktə etmək (bir viki-bölmədə, yaxud vahid istifadəçi qeydiyyatının cəmi redaktələri nəzərə alına bilər).

Siz tələblərə uyğunluğunuzu avtomatik şəkildə yoxlaya bilərsiniz.

Tərcüməçilər üçün edit

Zəhmət olmasa bu portala baxın.

İstifadəçilərə məsləhətlər edit

Namizədlər üçün edit

Tələblər edit

Lütfən, namizədliyinizi irəli sürməzdən əvvəl BÜTÜN mətni diqqətlə oxuyun. Əgər bütün tələblərə uyğun gəlmirsinizsə, avtomatik olaraq diskvalifikasiya olunacaqsınız.

Stüardlığa namizdəliyinizi irəli sürməzdən əvvəl, siz aşağıdakı tələblərə uyğun gəlməlisiniz:

(Siz tələblərə uyğunluğunuzu avtomatik şəkildə yoxlaya bilərsiniz.)

Bundan əlavə, stüard vəzifəsi hüquqi nəticələrə və hüquqi iştiraka səbəb ola biləcəyi üçün (bax. çekyuzeroversayt siyasəti), siz:

  • 18 yaşından kiçik olmamalı və səsvermənin sonuncu günündən əvvəl öz ölkənizdə yetkinlik yaşına çatmış olmalısınız;
  • öz tam adınız və şəxsiyyətinizi təsdiq edən sənəd haqqında Vikimedia Fonduna tam məlumatı təqdim etməlisiniz.

Stüardların çox dil bilməsi arzuolunandır, çünki onların işi çox vaxt digər dillərdəki layihələrlə əlaqəli olur, amma bu məcburi tələb deyil. Onlar həm də kifayət qədər ümumi əsaslarda əlçatan olmalıdırlar. Stüard siyasəti bəzi məhdudiyyətlər müəyyən edir, məsələn, maraqlar münaqişəsinin qarşısını almaq üçün stüardlar aktiv olduqları layihələrdə fəaliyyət göstərə bilməzlər və onlara məsləhət görülür ki, stüardlara müraciət səhifəsini izləsinlər və bu müraciətlərlə bağlı köməklik göstərsinlər. Onlar həmçinin freenode şəbəkəsindəki #wikimedia-stewardsqoşul IRC-kanalına qoşularaq oradakı müraciətlərə də cavab verə bilərlər.

Aktiv olmayan stüardların daxilolma hüququ ləğv ediləcək.

Namizədliyini ver edit

Əgər siz namizədliyinizi vermək istəyirsinizsə aşağıdakı əməliyyatları həyata keçirin:

Öz namizədlik ərizəsi və səsvermə səhifələrinizi yaradın edit

  • Altsəhifə yaradın (sadəcə açın və səhifəni yadda saxlayın)

  • Aşağıdakı məlumatları yerləşdirərək səhifəni redaktə edin:
    • Sizin əsl adınız (məcburi deyil);
    • Sizin Metadakı istifadəçi səhifənizə və tələblərə uyğun olan ikinci aktiv istifadəçi səhifənizə keçidlər.
    • Vikimedia layihələrində tətbiq olunan "en-3", "es-3" və ya "es-2" şəklindəki qısaltmalardan istifadə edərək yazıb-oxuya bildiyiniz dillərin siyahısı (bax. {{user language}}).
    • Vikimedia Fondunun layihələrindəki iştirakınızla bağlı qısa məlumat. İdarəçi və ya bürokrat bayrağının olması, OTRS-də və ya Arbitraj komitəsində iştirak kimi könüllü işləriniz və ya vacib hesab etdiyiniz hər hansı digər məlumat. Daha çox ideya əldə etmək üçün digər istifadəçilərin ərizələrini oxuya bilərsiniz.
  • İndi isə öz səsvermə səhifənizi yaradın (heç nəyi dəyişməyə ehtiyac yoxdur, sadəcə səhifəni yaradın):

Şəxsiyyətinizi təsdiq edin edit