Stewards/elections 2011-2/Guidelines/az
- ar/العربية (closed)
- az/azərbaycanca (published)
- bn/বাংলা (published)
- bg/български (published)
- bs/bosanski (published)
- da/dansk (closed)
- de/Deutsch (published)
- de-formal/Deutsch (Sie-Form) (published)
- en/English (published)
- eo/Esperanto (closed)
- es/español (published)
- fa/فارسی (closed)
- fi/suomi (published)
- fr/français (published)
- fy/Frysk (closed)
- gl/galego (closed)
- gsw/Alemannisch (closed)
- he/עברית (closed)
- hi/हिन्दी (published)
- hr/hrvatski (closed)
- hu/magyar (closed)
- id/Bahasa Indonesia (published)
- it/italiano (published)
- ja/日本語 (published)
- jv/Jawa (published)
- mk/македонски (closed)
- ms/Bahasa Melayu (closed)
- mzn/مازِرونی (published)
- ne/नेपाली (published)
- nl/Nederlands (published)
- no/norsk (closed)
- or/ଓଡ଼ିଆ (closed)
- pl/polski (published)
- pt/português (published)
- ru/русский (published)
- sq/shqip (closed)
- sh/srpskohrvatski / српскохрватски (published)
- sv/svenska (closed)
- tr/Türkçe (closed)
- uk/українська (closed)
- vi/Tiếng Việt (published)
- yi/ייִדיש (closed)
- zh-hans/中文(简体) (published)
- zh-hant/中文(繁體) (published)
Seçicilər üçün
editSəs vermək üçün sizdən aşağıdakılar tələb olunur:
- Metada (vikinin bu bölməsində) istifadəçi adına sahib olmaq;
- vahid istifadəçi qeydiyyatına sahib olmaq (və ya Metadakı səhifənizdə sizin əsas vikinizdəki səhifənizə daxili keçid və həmçinin həmin vikidə Metaya daxili keçid);
- öz istifadəçi qeydiyyatınızı bot məqsədləri (avtomatik işlər) üçün istifadə etməmək;
- 15 iyun 2011-ci ilədək bir viki-bölmədə, yaxud vahid istifadəçi qeydiyyatına sahibsinizsə, ümumilikdə minimum 600 redaktə etmək;
- 15 mart - 14 sentyabr 2011-ci il tarixləri arasında minimum 50 düzəliş etmək (bir viki-bölmədə, yaxud vahid istifadəçi qeydiyyatının cəmi redaktələri nəzərə alına bilər).
Siz tələblərə uyğunluğunuzu avtomatik şəkildə yoxlaya bilərsiniz.
Tərcüməçilər üçün
editBu bölmələri Azərbaycan dilinə tərcümə etməyə yardım edin:
- giriş (seçkilər səhifəsinin başlığı);
- namizədlərin müraciətləri: hər başlığın altındakı keçidlərə baxın;
- Mərkəzi xəbərdarlıq: tərcümələr səhifəsinə baxın.
İstifadəçilərə məsləhətlər
edit- Siz Stewards/elections 2011-2/Questions səhifəsində namizədlərə suallarınızı verə bilərsiniz.
- Səsvermə səhifəsində "lehinə" və "əleyhinə" verilən səslərdən başqa kənar şərhlər qadağandır. Bütün digər şərhlər silinəcək. Əgər siz, verdiyiniz səslə bağlı şərh yazmaq istəyirsinizsə namizədin səsvermə səhifəsinin müzakirə səhifəsindən istifadə edin. Lütfən, nəzakətli olmağı və şəxsi hücumların yolverilməzliyini unutmayın. Aqressiv hərəkətlər nümayiş etdirən istifadəçilər idarəçilər tərəfindən bloklanacaqlar.
- Bəzi istifadəçilər mərkəzi xəbərdarlıq panelini bağladıqları üçün siz səsvermədə maraqlı olan istifadəçiləri məlumatlandıra bilərsiniz.
Namizədlər üçün
editTələblər
editStüardlığa namizdəliyinizi irəli sürməzdən əvvəl, siz aşağıdakı tələblərə uyğun gəlməlisiniz:
- stüardların fəaliyyətini, çekyuzerlərin fəaliyyətini, oversaytların fəaliyyətini və məxfilik siyasətini tənzimləyən qaydalara riayət etməyə razı olmaq;
- vahid istifadəçi qeydiyyatına sahib olmaq;
- Meta-vikidə istifadəçi adına (sizin vahid istifadəçi qeydiyyatınızla əlaqələndirilmiş) sahib olmaq;
- Vikimedia Fondunun heç olmasa altı ay aktiv olduğunuz ən azı bir viki-bölməsində istifadəçi qeydiyyatına sahib olmaq;
- hazırda və ya nə vaxtsa Vikimedia Fondunun hər hansı bir layihəsində heç olmasa üç ay müddətinə idarəçi hüquqlarına sahib olmaq.
(Siz tələblərə uyğunluğunuzu avtomatik şəkildə yoxlaya bilərsiniz.)
Bundan əlavə, stüard vəzifəsi hüquqi nəticələrə və hüquqi iştiraka səbəb ola biləcəyi üçün (bax. çekyuzer və oversayt siyasəti), siz:
- 18 yaşından kiçik olmamalı və səsvermənin sonuncu günündən əvvəl öz ölkənizdə yetkinlik yaşına çatmış olmalısınız;
- öz tam adınız və şəxsiyyətinizi təsdiq edən sənəd haqqında Vikimedia Fonduna tam məlumatı təqdim etməlisiniz.
Stüardların çox dil bilməsi arzuolunandır, çünki onların işi çox vaxt digər dillərdəki layihələrlə əlaqəli olur, amma bu məcburi tələb deyil. Onlar həm də kifayət qədər ümumi əsaslarda əlçatan olmalıdırlar. Stüard siyasəti bəzi məhdudiyyətlər müəyyən edir, məsələn, maraqlar münaqişəsinin qarşısını almaq üçün stüardlar aktiv olduqları layihələrdə fəaliyyət göstərə bilməzlər və onlara məsləhət görülür ki, stüardlara müraciət səhifəsini izləsinlər və bu müraciətlərlə bağlı köməklik göstərsinlər. Onlar həmçinin freenode şəbəkəsindəki #wikimedia-stewardsconnect IRC-kanalına qoşularaq oradakı müraciətlərə də cavab verə bilərlər.
Aktiv olmayan stüardların daxilolma hüququ ləğv ediləcək.
Namizədliyini ver
editƏgər siz namizədliyinizi vermək istəyirsinizsə aşağıdakı əməliyyatları həyata keçirin:
Öz namizədlik ərizəsi və səsvermə səhifələrinizi yaradın
edit- Altsəhifə yaradın (sadəcə açın və səhifəni yadda saxlayın)
- Aşağıdakı məlumatları yerləşdirərək səhifəni redaktə edin:
- Sizin əsl adınız (məcburi deyil);
- Sizin Metadakı istifadəçi səhifənizə və tələblərə uyğun olan ikinci aktiv istifadəçi səhifənizə keçidlər.
- Vikimedia layihələrində tətbiq olunan "fr-3" şəklindəki qısaltmalardan istifadə edərək yazıb-oxuya bildiyiniz dillərin siyahısı (bax. {{user language}}).
- Vikimedia Fondunun layihələrindəki iştirakınızla bağlı qısa məlumat. İdarəçi və ya bürokrat bayrağının olması, OTRS-də və ya Arbitraj komitəsində iştirak kimi könüllü işləriniz və ya vacib hesab etdiyiniz hər hansı digər məlumat. Daha çox ideya əldə etmək üçün digər istifadəçilərin ərizələrini oxuya bilərsiniz.
- İndi isə öz səsvermə səhifənizi yaradın (heç nəyi dəyişməyə ehtiyac yoxdur, sadəcə səhifəni yaradın):
- Bunu etdikdən sonra öz istifadəçi adınızı ərizələr siyahısına (
{{/İSTİFADƏÇİ ADINIZI BURA YAZIN}}
vasitəsilə) və ərizələr və səsvermələr səhifəsinə ({{:Stewards/elections 2011-2/votes/İSTİFADƏÇİ ADINIZI BURA YAZIN}}
vasitəsilə) əlavə edin, suallar səhifəsinə bölmə əlavə edin və öz altsəhifənizi seçkilər səhifəsinə daxil edin, bu mətni əlifba sırasına uyğun əlavə etməklə: "{{se2011-2 candidate indexer|İSTİFADƏÇİ ADINIZI BURA YAZIN}}
". Könüllülər digər dillərə tərcümələri əlavə edərlər.
Şəxsiyyətinizi təsdiq edin
editŞəxsiyyətin təsdiqi 15 sentyabra kimi baş tutmalıdır, əks halda siz diskvalifikasiya olunacaqsınız. Bunu etmək üçün məktub şablonlarına baxın. |