Vikipediya 15/Bildirişlər/İlkin elan

This page is a translated version of the page Wikipedia 15/MassMessages/Initial announcement and the translation is 100% complete.

Mövzu: Vikipediyanın 15-ci doğum günü

Vikipediyanın və Vikimedia hərəkatının 15-ci doğum günü yaxınlaşır! 15 yanvar 2016-cı ildə bunu qeyd etmək üçün plan qurmaq istəyirik.

15-ci doğum günü planlarına təkan vermək üçün Metada "Wikipedia 15" səhifəsi yaradılıb. Nəticədə biz aşağıdakılar barədə məlumatlar olan səhifə yaratmaq istəyirik:

  1. Doğum günü ilə əlaqədar yerli layihələrdə tədbirlərin və görüşlərin planlaşdırılması üçün resurslar.
  2. Doğum günü ilə əlaqəli fotolar, videolar, hekayələr, Vikipediya məzmunu və digər media-fayllar barədə daha çox məlumat.
  3. Sizin keçirdiyiniz tədbirlər barədə yerli mətbuatda məlumatın yer almasına dair məsləhətlər.

Meta səhifəsindəki bir çox bölmələr hələ ki, boşdur, amma biz yanvar ayındakı bayram tədbirlərinədək qalan bir neçə ayda daha çox məlumat əlavə etmək üçün sizinlə birlikdə çalışacağıq. Lütfən Vikipediyanın 15-ci doğum günündə nələri görmək istədiyiniz barədə məlumat əlavə etməkdən, redaktə və müzakirə etməkdən çəkinməyin.

Sizinlə birlikdə qeyd etməyi səbirsizliklə gözləyirik.

-Vikimedia Fondu Əlaqə qrupu