Vikimedia Fondu seçkiləri/2022/Elan/Qəyyumlar Şurasının 2022-ci il seçkiləri üçün altı namizədin elan edilməsi/Qısa

Qəyyumlar Şurasının 2022-ci il seçkiləri üçün altı namizədin elan edilməsi

Bu mesajı əlavə dillərə tərcümə edilmiş şəkildə Meta-vikidə tapa bilərsiniz.

Hər kəsə salam,

Tərəfdaş Nümayəndələr səsvermə müddətini başa vurdular. Seçilmiş Qəyyumlar Şurası 2022-ci il namizədləri bunlardır:

Siz Şura seçkisinin NəticələriStatistikaları haqqında daha çox məlumat əldə edə bilərsiniz.

Tərəfdaş təşkilatlar Tərəfdaş təşkilat adından səs vermək üçün nümayəndələr seçdi. Tərəfdaş Nümayəndələr namizədlərə iyunun ortalarında cavab vermələri üçün suallar təklif etdilər. Namizədlərin bu cavabları və Təhlil Komitəsindən verilən məlumatlar, nümayəndələr qərar qəbul edərkən onlara dəstək oldu.

Lütfən, bu prosesdə iştirak etdiklərinə və Qəyyumlar Şurasının imkan və müxtəliflik baxımından böyüməsinə kömək etdiklərinə görə Tərəfdaş Nümayəndələri və Təhlil Komitəsinin üzvlərini təqdir etmək üçün bir dəqiqənizi ayırın. Saatlarla davam edən könüllü işi bizi anlayış və perspektivlər arasında birləşdirir. İştirakınız üçün təşəkkür edirik.

Qəyyumlar Şurasına namizəd kimi irəli sürən icma üzvlərinə təşəkkür edirik. Qəyyumlar Şurasına daxil olmağı düşünmək kiçik bir qərar deyil. Namizədlərin bu nöqtəyə qədər sərf etdikləri vaxt və fədakarlıq onların bu hərəkata sadiqliyindən xəbər verir. Seçilmiş namizədləri təbrik edirik. Seçilməyən namizədləri təqdir edir və xüsusi təşəkkürlərimizi bildiririk. Lütfən, liderliyinizi Vikimedia ilə bölüşməyə davam edin.

Seçicilər indi nə edə bilər?

Tərəfdaş seçimi prosesinin nəticələrini nəzərdən keçirin.

Qəyyumlar Şurası 2022-ci il seçkilərində növbəti addımlar haqqında ətraflı olaraq buradan oxuyun.

Hörmətlə,

Hərəkat Strategiyası və İdarə heyəti

Bu mesaj İdarə Heyətinin Seçki İşçi Qrupu və Seçki Komissiyası adından göndərilib