Universal Davranış Kodeksi/Yenidən işlənmiş icra təlimatları/Elan/Səsvermə 2

This page is a translated version of the page Universal Code of Conduct/Revised enforcement guidelines/Announcement/Voting 2 and the translation is 100% complete.
Universal Davranış Kodeksi

Universal Davranış Kodeksi üçün yenidən işlənmiş İcra Təlimatları üzrə səsvermə artıq açıqdır

Bu mesajı əlavə dillərə tərcümə edilmiş şəkildə Meta-vikidə tapa bilərsiniz.

Hamınızı salamlayırıq,

Yenidən işlənmiş Universal Davranış Kodeksinin İcra Təlimatları üçün səsvermə müddəti artıq açıqdır! Səsvermə iki həftə ərzində açıq olacaq və 31 yanvar 2023-cü il 23:59 UTC tarixində bağlanacaq. Lütfən, Meta-vikidə seçici məlumatı səhifəsinə daxil olaraq, seçicilərin uyğunluğu haqqında və səsvermə haqqında ətraflı məlumat əldə edin.

İcra Təlimatları və səsvermə prosesi haqqında ətraflı məlumat üçün əvvəlki mesajımıza baxın.

UCoC Layihə Komandası adından,