Requests for comment/On the situation in the Azerbaijani part of Wikipedia/Archive (01:44, 7 March 2016)

The following request for comments is closed. Together with related requests: closing for inactivity. It was already considered an archive before. Effeietsanders (talk) 02:25, 13 April 2018 (UTC)[reply]


Statement of the issue edit

Dear colleagues. Wikipedia in the Azerbaijani language, in poor condition. Many complaints had not been dealt with. Meta also does not address our complaints ([1], [2] ). Disgrace, how long will it last? I propose to hold an election to change the status of all sysops. Or, choose a different path. --Idin Mammadof 15:45, 20 February 2016 (UTC)[reply]

The list of those who ask to take measures edit

  1. Idin Mammadof (talk) 22:43, 20 February 2016 (UTC)[reply]
  2. Nijat Alibayli (talk) 00:42, 21 February 2016 (UTC)[reply]
  3. Rutulec (talk) 07:09, 21 February 2016 (UTC)[reply]
  4. Ramil c (talk) 14:06, 21 February 2016 (UTC)[reply]
  5. Shekikhanov (talk) 15:14, 21 February 2016 (UTC)[reply]
  6. Sheki (talk) 12:19, 21 February 2016 (UTC)[reply]
  7. Afrasiyab (talk) 12:47, 21 February 2016 (UTC)[reply]
  8. Samral (talk) 14:03, 21 February 2016 (UTC)[reply]
  9. Rovshan.95 (talk) 23:21, 21 February 2016 (UTC)[reply]
  10. Мурад 97 (talk) 09:29, 23 February 2016 (UTC)[reply]
  11. Aabdullayev851 (talk) 18:39, 23 February 2016 (UTC)[reply]
  12. Qolcomaq (talk) 03:35, 24 February 2016 (UTC)[reply]
  13. Elmeddin82 (talk) 05:07, 25 February 2016 (UTC)[reply]
  14.  Cavid Sumqayıtlı  (talk) 08:14, 25 February 2016 (UTC)[reply]
  15. Feteliyev (talk) 12:05, 4 March 2016 (UTC)[reply]

Comments edit

Ümumiyyətlə burada başqa nüanslar da var! Xahiş edirəm ki, aidiyyatı olan şəxsələrə çatdırın ki, ümumiyyətlə idarəçilər çox gec cavab yazırlar.. Və ya yazmırlar. Belə şey olar?! Yazıb irad bildirisən, adların add edirsən özlərin görməməzliyə vurur idarəçilər! Cavab vermirlər! Sanki bir nəfəri gözləyirlər! Öncə O yazsın.. Kimdir O?!!! Bu məsələ də ön planda olmalıdır məncə! --Nijat Alibayli (talk) 21:00, 21 February 2016 (UTC)[reply]

Mən ümumiyyətlə tələb edirəm ki, idarəçilər müvəqqəti, məsələn 1-2 illiyə seçilsin. Qeyri-aktiv idarəçilər idarəçi statusundan avtomatik məhrum edilsin. Neçə dəfə də bu məsələni İdarəçilərə müraciət səhifəsində qaldırmışam.[3][4][5] Tək mən yox başqa istifadəçilər də Sefer azeri-nin idarəçiliyindən şikayətlənib və onun idarəçilik statusunun etimad səsverməsinə çıxarılmasını tələb edib:[6][7][8][9] Bir neçə idarəçi də məsələn məhz Sefer azeri-nin idarəçiliyi haqqında etimad səsverməsi keçirilməsi üçün məsələ qaldırıb və buna dəstək olub.[10][11][12] Ama səsvermə təşkil edilmir.--Samral (talk) 00:24, 23 February 2016 (UTC)[reply]
İdarəçi statusu müvəqqəti şəkildə verilməsi ilə razı deyiləm. Müraciətinizdə yazıldığı kimi, bütün idarəçilərin statusu haqqında seçkiləri tələb edirəm. --Мурад 97 (talk) 09:36, 23 February 2016 (UTC)[reply]
Samral sizinlə razıyam. Hesab edirəm ki, idarəçilərin 1-2 ildən bir seçilməsi daha ədalətli olar. Təsəvvür edin ölkəni bir nəfər ömürlük idarə etsə nə baş verər?! --Nijat Alibayli (talk) 11:36, 23 February 2016 (UTC)[reply]
Мурад 97 elə də olar. Bütün idarəçilərin idarəçiliyi haqqında yenidən səsvermə keçirilər və onlar bundan belə müvəqqəti seçilər.--Samral (talk) 16:05, 23 February 2016 (UTC)[reply]
Deyəsən, Meta buna diqqət yetirməyə başlayıb və bizə sual verirlər ki, nə istəyirsiniz, nə edək? Aramızdan kim istəyirsə, onların suallaraına cavab verə bilər, əlbəttə ki, ingiliscə. Hesab edirəm ki, biz ayrı-ayrı idarəçilərdən yox, bütün idarəçilərdən şikayət edirik. Əgər desək ki, Səfər İbrahimovun idarəçilikdən getməsini istəyirik, deyəcəklər ki bu Azvikinin problemidir. Azvikinin idarəçilərinə müraciət edin. Amma faktiki olaraq Azviki idarəçilərinə 100 dəfə bu barədə müraciət olunub, heç bir tədbir görməyiblər, heç görmək fikrində də deyillər. Ona görə biz nə etməliyik? Bütün idarəçilər bizim etimadımızı doğrulmuir, biz bütün idarəçilərdən şikayətçiyik. Yeni səsvermə başlamalıdır. Məsələnin belə qoyuluşu ilə razılaşmayan varmı? --Idin Mammadof 18:03, 23 February 2016 (UTC)[reply]
Mən Səfər Azərinin təhqir dolu ifadələrini gördükdən sonra və idarəçilərin Səfər Azəri haqda hər hansı bir tədbir görmədiklərini düşünəndə, artıq, həqiqətəndə İdarəçilərin obyektiv olmaması qənaətinə gəldim. Bu səbəbdən Aydın müəllimin dedikləri ilə razıyam! Nijat Alibayli
Bəli razıyam. Hamısınınki çıxarılsın səsverməyə. Kim kimə istəyirsə o səsi versin. Vikicəmiyyət versin son qərarı. Yetər ki bu səsvermə başlasın. Bezdik tay o idarəçiyə bu idarəçiyə yalvarmaqdan.--Samral (talk) 00:22, 24 February 2016 (UTC)[reply]
Bəzi idarəçilər var ki, demək olar vikipediyaya hec daxil olmurlar. Ancaq bəzi idarəçilər var ki, onlar Azvikinin fəaliyyətində canlarını qoymuşlar. Bunu nəzərə almaq lazımdır. Qurunun oduna yaş yanmamalıdır. Təklifim budur ki, məsələn 3 - 6 ay və ya bir il vikipediyaya daxil olmayan idarəçilərin idarəçi hüququ səsverməyə çıxarılsın.Qolcomaq (talk) 03:50, 24 February 2016 (UTC)[reply]
Qolcomaq biz demirik ki, bütün idarəçilər idarəçilik statusundan məhrum edilsin. Biz deyirik ki, bütün idarəçilərin idarəçilik statusu etimad səsverməsinə çıxarılsın. Və kim vikicəmiyyətin etimadına layiqdirsə qalsın, kim deyilsə getsin. Qısacası qərarı vikicəmiyyət versin.--Samral (talk) 16:35, 24 February 2016 (UTC)[reply]

Düzdür, azvikidə bir çox idarəçilər vandallıq etmirlər, lakin bu o demək deyil ki, həmin idarəçilər yaxşı idarəçilərdirlər?! Əgər bir idarəçi vandallıq edərkən 5 idarəçi ona qarşı heç nə etmirsə, bu artıq o deməkdir ki, onlarınm hamısı, yəni 1 vandallıq edənlə 5 vandallığa göz yuman qaydaları birlikdə pozurlar. Bunlardan birincisi öz hərəkəti ilə, 5-i isə hərəkətsizliyi ilə qaydaları pozmuş olur. İdarəçilər hələ də başa düşmürlər ki, onların əsas vəzifələri məqalə redaktə etmək yox, problemləri həll etmək, yaxud heç olmasa buna çalışmaqdır. Məsələn, "İpəkçi" qəzeti səhisəsi 4 dəfə vandallıq məqsədi ilə silinmişdir. Bunu edən idarəçi barədə bir tədbir görüldümü? Bunu 1 idarəçi edir, bəs yerdə qalan 11 idarəçi hara baxır? Odur ki, bütün idarəçilərin etimad səsverməsi keçirilə bilər. Bu idarəçilərdən heç biri idarəçi vəzifəsini yerinə yetirə bilmir, onlar bunu özləri başa düşməli və getməlidirlər. Və bundan sonra idarəçi vəzifəsi müddətli olmalıdır. --Idin Mammadof 17:09, 24 February 2016 (UTC)[reply]


Aydın müəllim sözlərinizdə haqq var! Sizin fikrlərinizlə yenə də deyirəm ki tamamən razıyam. 1 -2 idarəçinin səhv hərəkətinə digər idarəçilər göz yumursa deməli sistem düzgün işləmir. Və yuxarıda qeyd elədiyim kimi, ümumiyyət yazılan fikrlərə cavab yazmırlar. Dəyişilsə və idarəçi vəzifəsi müddətli olsa bu hər birimiz üçün yararlı ola bilər! Nijat Alibayli

Məncə bəzi fəliyyətsiz (varsa) və fəaliyyəti ilə problem yaradan idarəçiləri səsverməyə çıxarmaq lazımdır. Çünki çox dəyərli işlər görən idarəçilər də var. Onların zəhmətini qiymətləndirmək lazımdır. İdarəçilik müddətini isə belə təklif edirəm: İdarəçilik ilk iki dəfə müddətlə (1 və ya 2 illik), üçüncü dəfə isə birdəfəlik verilə bilər. Əsas odur ki, bu qaydalar da müzakirə olunduqdan sonra səsvermə yolu ilə qəbul edilsin. Yəni bir və ya bir neçə nəfərin yox, əksəriyyətin fikri nəzərə alınsın. --Elmeddin82 (talk) 05:14, 25 February 2016 (UTC)[reply]

Belə görünür ki, idarəçi vəzifəsinin müddətli olmasını hamı istəyir, əlbəttə ki, hazırki idarəçilərin özlərindən başqa. O ki qaldı idarəçilərin arasında "çox dəyərli işlər görən"lərə, bunlar var, amma təəssüf ki bunlar da daxil olmaqla, idarəçilərdən heç biri idarəçi vəzifəsini tam yerinə yetirə bilmir. Qaydalara görə, idarəçi ona edilən müraciətə ən qısa müddət ərzində cavab verməlidir. Lakin bizdə çox vaxt nəinki aktiv istifadəçinin, heç Meta nümayəndəsinin sualına, iradına reaksiya göstərən olmur, yaxud bizim idarəçilərin metaya cavab vermək, problemi həll etmək ixtiyarı yoxdur?!. Hardadır bəs "çox dəyərli işlər görən" idarəçilər? Bu idarəçilər yalnız özləri normal fəaliyyət göstərmək istəyirlər, bizim problemlər onları maraqlandırmır. Apelyasiya və arbirtaj instansiyalarının yaranmasına da imkan verfmirlər ki, onlardan şikayət edə bilməyək. Məqalələrin 98 faizi qaralama şəklindədir. Məhsuldar və keyfiyyətli fəaliyyət göstərmək imkanı olan ziyalılar məqsədyönlü şəkildə vikipediyadan uzaqlaşdırılır. Onların yerini cümlə qurmaq qabiliyyəti olmayanlar tutur, maraqlıdır ki belələri çox rahat fəaliyyət göstərə bilirlər?! Bu böhran vəziyyətidir! Bütün idarəçilərin statusu ləğv olunmalı, yeni idarəçi seçkisi keçirilməlidir. Hamıdan xahiş edirəm bunun üstündə dayanaq. Çünki Meta bir iki idarəçi ilə bağlı məsələyə baxmayacaq, deyəcəklər bu məsələ azvikinin daxili işidir. --Idin Mammadof 8:38, 25 February 2016 (UTC)

Bəli, gəlin bir-birimizə hörmət edək. Bu sistemin ləğvin tələb edək.. Kifayət qədər arqumentlər var! Amma digər tərəfdən deyirsiz ki, burada canla başla iş görən idarəçilər var.. Tamam ,bu idarəçilərin bəlkə də haqqına girmək lazım deyil. Amma o idarəçilər hal-hazırda digər idarəçilərin yanında söz haqqına sahib deyillər.. Fikir verin, baxın suallar cavabsız qalır! Niyə çox hörmətli, əziyyət çəkən idarəçilərdən girib bura bir fikir yazanı yoxdur? Sekandlanla danışğımız zamanı o mənən belə bir söz deyirdi :"bizim sizdən heç bir fərqimiz yoxdur. Mən eynın sizin kimi bi insanam və burada da bərabər hüquqluyuq" Bəs niyə Serkan gəlb burada bir fikir bildirmir..Niyə? Demək ki hər şeydən öncə idarəçilər öz komanda yoldaşlarının marağındadır.. Sizin , bizim yox! Təəssüf. Aydın müəllim tamamən haqlı! Nijat Alibayli

Nijat Alibayli, birincisi mən gəlib nə fikir bildirməliyəm? Yazmalıyam "Bəli çox haqlısız", ya yazmalıyam "Yox siz tamamilə yanlışsız, idarəçilər hər kəsdən üstündür? Nə yazmalıyam ki? Fikir bildirmək üçün fikir lazımdır. İkincisi, hazırda edilən söhbətin META ilə heç bir əlaqəsi yoxdur. Gəlib burda Azərbaycan dilində müzakirə aparırsız. Sanki, META-nın "böyükləri" Azərbaycan dilini yaxşı bilirlər, müzakirəni diqqətlə oxuyub, nəticə çıxarcaqlar. Mən də indi sizə görə məcbur oldum buraya yazmağa. Sanki Kənd meydanında gedir müzakirə. Üçüncüsü, bu səhifənin hansı məqsədə xidmət verdiyini heç cür anlaya bilmirəm. Biri deyir ancaq Sefer azerinin idarəçiliyi səsverməyə çıxarılsın, biri deyir bəzilərinin idarəçiliyi səsverməyə çıxarılsın, biri deyir bütün idarəçiləri (!!!) idarəçilikdən mərhum edək, yenidən səsvermə təşkil edək (sanki vaxtımız çoxdu ki, birdən birə 10-15 idarəçi səsverməsi keçirək), biri deyir hər ildən bir etimad səsverməsi təşkil edək. Ortaq bir məqsəd görmürəm. Dördüncüsü, mən. Gəlib yazırsız ki, istifadəçilərlə idarəçilərin bərabərhüquqlu olduğunu, türklər demişkən, "gösteriş" üçün yazmışam. Mən hansı istifadəçiyə qarşı hörmətsizlik etmişəm. Hansı istifadəçinin haqqını yemişəm? Hansı istifadəçinin iradına cavab verməmişəm? Müzakirə səhifəmə ünvanlanan hansı mesajı cavablandırmamışam? Hansı iradı nəzərə almamışam? Mən 2015-ci ilin noyabrından (25 noyabr, daha dəqiq desək) idarəçiyəm. Texniki işləri də mən görürəm, MediaWiki ad fazasından da mən işləyirəm, Ana səhifənin Seçilmiş məqalə, seçilmiş siyahı, yaxşı məqalə, bilirsinizmi bölmələrini mən işləyirəm. VAY-da AzViki üzrə təşkilatçıyam. Məqalə statusu üçün keçirilən səsvermələri (90 %) mən keçirirəm. Yenilikləri axtarıram ki, AzViki inkişaf etsin: Huggle, VikiRəğbət, refToolbar-ı AzViki üçün aktiv etmişəm. 693 məqalə yazmışam, 15 məqaləm status alıb. Bu ay 5000+ redaktə etmişəm. Daha nə edim? Cimmi Ueylsə zəng edim ki, Bakıya gəlsin? AzViki üçün çalışıram, amma indi eşitdiyim sözlər sadəcə qırıcıdır... --Serk@nl@nd 13:41, 4 March 2016 (UTC)[reply]
User:Serkanland, burada Meta qarşısında cəmi bir tələb qoyulur, böhran vəziyyətindən çıxmaq üçün, ya bütün idarəçilərin statusu ləğv olunsun, ya da başqa tədbir görülsün. Seçimi Meta edəcək, müraciəti imzalamış hər bir istifadəçinin şəxsi fikrini öyrəndikdən sonra. O ki qaldı burada azərbaycanca yazmağa, biz öz aramızda fikir mübadiləsi edirik. Meta isə bizə sorğunu ingiliscə göndərir və biz ingiliscə cavab veririk. O cümlədən, lazım olsa sizin bura yazdığınızı da ingiliscə Metaya təqdim etmək olar. Amma düşünürəm ki, onlar üçün sizin neçə məqalə yaratmağınız və s. statistik göstəriciləriniz maraqlı deyil, onlar əsas məsələ ilə maraqlanırlar. Əsas məsələ budur ki siz idarəçilər vikipediya prinsiplərinə zidd olaraq vikipediyada fəaliyyət göstərmək istəyənlərin fəaliyyətinə manae olursunuz, qaydaları pozursunuz, onları qərəzçilik zəminində bloklayırsınız və bu yollarla vikipediyadan uzaqlaşdırmağa çalışırsınız. Siz az müddət əvvəl istifadəçi Fətəliyevi niyə blokladınız? Yazırsınız ki, guya mənim kuklamdır? Hardan aldınız bu məlumatı? Stüarda müraciət etdinizmi? Sizin hüququnuz varmı ki, ovucunuzun içini iynəməklə kiminsə kukla olduğu barədə qərar verəsiniz? Onun redaktələrini niyə geri qaytardınız? (az:Nuxa qəzası]) Siz həmin məqalənin müzakirə səhifəsini oxumusunuzmu? Siz Fətəliyevi əsassız bloklamaqla vikipediya qaydalarını pozdunuz, çünki vikipediya hər bir kəsin redaktə edə biləcəyi ensiklopediyadır. Siz onun redaktələrini geri qaytarmaqla, vandallığa dəstək vermiş oldunuz. Biz də sizin kimi idarəçilərdən bezdik, istəyirik ki, siz hamınız gedəsiniz. Siz idarəçilər hələ indiyə qədər məni bloklama qaydalarının hansı bəndinə əsasən blokladığınızı göstərə bilmirsiniz, yəni heç bir əsas olmadan bloklamısınız, özü də 2 dəfə müddətsiz!!! Blokumu açmaq üçün birinci dəfə mənə təklif edilib ki, Sefer azeri ilə mübahisə etməyim, o ağlına nə gəlsə etsin, ona etiraz etməyim, 2-ci dəfə isə təklif edilib ki qeylər haqqında məqalələrə kömək edim blokumu götürsünlər. Təbii ki bu şərtləri qəbul etmədim Metaya şikayət etmək yolu seçdim. Nicata qarşı da qaydaları pozmusunuz. o cəmi 1 məqalə yaradıb, onu da əsassız olaraq sildiniz. Halbu ki vikipediyada yeni fəaliyyətə başlayanlar üçün güzəştlər var, bunu bilirsinizmi? O məqaləni saxlamaq lazım idi ki, istifadəçi ruhdan düşməsin, həm də məqalə ensiklopedik idi. --Idin Mammadof 14:40, 4 Mart 2016 (UTC)
Bir: İstifadəçinin fəaliyyəti (Nuxa məqaləsini redaktə etməsi), yazdığı sözlər (müzakirə səhifəsində Asparux xan Bulqara) mənə belə nəticəyə gətirdi ki, sizin kuklanızdır. Əgər kukla istifadəçi deyilsə, mənimlə əlaqə saxlasın, mən əmin olaram ki, kukla deyil, müddətsiz bloku aradan qaldıraram, problem yoxdur. 3 gün keçib onu bloklamağımdan, amma mənimlə əlaqə saxlamayıb ki, kukla olmadığını bildirsin. Onda elə düşündüm ki, 100 % kukladır. İki: Bəli, mən Nicat bəyin məqaləsini silmişəm. Amma daha sonra gələn tələblər üzərinə bərpa edim SNS-da müzakirəni davam etdirdim, sonda da müzakirəni Wertuose yekunlaşdırıb sildi. Məndən nə istəyirsiz? Üç: Mənə maraqlıdır, bütün idarəçilərin getməyini istəyirsinizsə, yeni idarəçilər kimlər olacaq? 7-8 yeni namizəd sayın mənim üçün. Çünki hazırda Vikipediyada sizin kriteriyalarınıza uyan "ilahi" və "mükəmməl" istifadəçi yoxdur. Kim idarəçi seçiləcək, deyəcəksiz narazıyam. Bəs kim olsun? Dörd: Siz bloklananda mən idarəçi deyildim. Hörmətlə, --Serk@nl@nd 16:58, 4 March 2016 (UTC)[reply]
User:Serkanland,
  • 1. Əslində blokladığınız istifadəçi sizə müraciət etməli deyil, siz istifadəçiyə müraciət etməlisiniz. Sonrası da ki, o artıq sizə müraciət edib, siz onun blokunu açmamısınız, niyə yalan danışırsınız? Bir də kiminsə kiminsə kuklası olduğunu bilmək üşün stüarda müraciət etmək lazımdır. Stüard bunu qəti olaraq deyir. İstifadəçinin sizə müraciət etməsi isə istifadəçi hüququnun pozulmasıdır. Yəni, hər bir şəxsin anonim olaraq fəaliyyət göstərmək və şəxsiyyətini bildirməmək hüququ var. Siz isə istifadəçini tanımaq, real şəxsiyyətini adını, familiyyasını bilmək istəyirsiniz. Bununla vikipediya qaydalarını pozursunuz. Baxmayaraq ki idarəçisiniz və bu qaydaları qorumalısınız. Mən də sizi tanımaq istəyirəm onda, zəhmət olmasa, adınızı familiyanızı, atanızın adını ünvanınızı və telefon nömrənizi də mənə deyin. Necə olar? O ki qaldı Fətəliyevə, o bizim FB qrupuna bu barədə yazıb. Onun blokunu açmaqla yanaşı, yanlışlığa görə üzr istəməlisiniz, həm də hesabından bloklanmasını silməlisiniz. Belə necə olar? Demirsiniz, yaxşı idarəçisiniz? Vikipediya qaydaları belədir, yaxşı idarəçilər belə etməlidir. Bununla yanaşı onun həmin məqalənin müzakirə səhifəsində yazdıqlarını da oxuyun və nə qədər haqlı olub olmadığını da qeyd edin. Yəni müzakirəni yekunlaşdırın. Bəli idarəçinin vəzifəsi kiminsə sifarişi ilə kimisə bloklamaq yox, əslində belə şeylərdir.
  • 2.Wertuose, Sefer azeri, Rövşən Əliyev, Fərid və s. Bunlar eyni mövqeli, yerdə qalan idarəçilər isə onların qərarları ilə hərəkət edənlərdilər. Bunların fəaliyyəti barədə Metaya məlumat vermişəm, daha heç nə deyə bilmərəm.
  • 3.Bütün idarəçilər Əli Hacızadınin dəstəsidir, belə düşünmək üçün əlimizdə əsas var, vikipediynın elə bölmələri var ki, orada heç bir idarəçi yoxdur. Ya 1-2 idarəçi var. Bizdə də belə ola bilər. Buna qərarı Meta verəcək, Metanın qərarını gözləyirik.
  • 4. Mən bloklananda siz idarəçi olmamısınız, bu o demək deyil ki mənim blokda qalmağımda indi siz məsuliyyət daşımırsınız? İndi ki idarəçisiniz. Müraciət edirəm sizə. Bloklanmağımın səbəbini göstərin, bloklanma qaydasının bəndini, hansı bəndə əsasən mən blokda qalmalıyanm? Tapa bilməyəndə, məndən də üzr istəyin, hesabımdakı 2 bloku silin. Əgər bunu etmirsinizsə, deməli idarəçi vəzifənizi yerinə yetirməkdən imtina edirsiniz. Ona görə də biz sizin səlahiyyətinizə xitam verilməsi məsələsini qaldırdıq. Siz idarəçilər əgər yuxarıdakı 15 nəfərin şikayətlərinə, iradlarına bircə dəfə diqqət yetirsəydiniz, onda Metaya müraciət də olmazdı. Deməli vəzifənizin öhdəsində gələ bilmirsiniz, ona görə də sizdən Metaya şikayət gedir. --Idin Mammadof 17:41, 4 Mart 2016 (UTC)
  • 1. Mənim ifadələrimi təhrif etməyin, zəhmət olmasa. Əgər "Mən istifadəçinin blokunu açdım" yazsaydım, bəli yalan demiş olacaqdım. Əlaqə saxlasın, müddətsiz bloku aradam qaldıraram dedim, bu isə faktiki olaraq yalan deyil. Əlaqə saxlamaq deyəndə "Serkanland! 3 gün evvel facebok qrupunda Nuza qəzası məqalesindeki problemleri görüb vikipediaya daxil oldum, qeydiyyat etdim, meqaleni düzeltmeye başladim. Sen mene kukla dedin ve blok etdin. Men de indi sizden şikayet edecem Metaya. Görek kukla menem ya sen!" yazmasını nəzərdə tutmurdum. Əlaqə saxlamaq deyəndə şəxsi məlumatları yazmağı da nəzərdə tutmurdum. Axı mən demədim elə şeylər. Niyə əlavələr edirsiz? "Salam, cənab Serkanland! Görünür ki, anlaşılmazlıq olub. Əslində mən kukla istifadəçi deyiləm..." tipli müraciət yazmaq məgər bu qədər çətindir? İkincisi, sizin nəzərdə tutmağa çalışdığınız şey CheckUser-dir. Amma CheckUser-in iş prinsipi IP ünvanlara əsaslanır. Əgər eyni IP ünvanından istifadə edilibsə, deməli istifadəçi kukla hesab olunur. Halbuki, son dövrlərdə müxtəlif IP ünvanlardan daxil olan istifadəçilər müşahidə etmişəm. Onda mən niyə ChekUser-ə müraciət etməliyəm? Müxtəlif IP ünvanlardan daxil olub kukla istifadəçi yaratmaq çətin iş deyil.
  • 4. Bəli, daşımıram. Bloklanma tarixinə baxın: may 2015. Mən dünən nə yediyimi unuduram (məcazi deyil), 9-10 ay baş vermiş bloklanmanın (yenə təkrar edirəm, idarəçi deyildim o zaman) detalları yadımda necə olsun? AzViki tarixində bloklanmış hər istifadəçi üçün araşdırma aparmalı olduğumu zənn etmirəm. Əgər yanılırımsa, qayda göstərin, filan yerdə yazılsın, idarəçi əvvəlki bloklanmalara görə məsuliyyət daşıyır. Bu bir. İkincisi, dediyim ki, detallar yadımda olmasa da, Bloklanma qaydalarının 4-cü və 7-ci bəndlərinə əsasən bloklanmış ola bilərsiz. (Day məndən soruşmayın, mən nə vaxt saxtakarlıqla məşğul olmuşam, nə vaxt təhqir etmişəm falan-filan (bilirəm, belə deyəcəksiz)) Ona görə üzr yox, antiblok da yox. Qalsın başqa vaxta.

Və sonda. Daha nə yazırsınızsa yazın, artıq cavablandırmayacam. Çünki artıq bir az burda yazdım, yoruldum. Deməyin ki, mən növbəti suallardan yayınmaq üçün bunları edirəm. Xeyir, indi başqa işlərim var, işləyəsi məqalələrim var. Artıq burda vaxt sərf edə bilmərəm. Odur ki, mənə qarşı hansısa sual xarakterli mətn yerləşdirsəz, cavab yazmayacağımdan əmin olun.--Serk@nl@nd 19:10, 4 March 2016 (UTC)[reply]

1. Mən də demədim ki, siz onun blokunu açdınız? Siz dediniz ki, Əlaqə saxlasın, müddətsiz bloku aradam qaldıraram", - mən də yazdım ki, o sizinlə əlaqə saxlayıb, amma blokunu açmamısınız. Bəli siz dediyiniz kimi də yazmalıydı, amma o hələ cəmi 1-2 saat vikipediyada olub, üzrlü hesab etməliydiniz. Nə isə.
4. Mənim bloklanmağım üçün bloklanma qaydalarında heç bir bənd yoxdur. Çünki məni bloklamaq üçün fəaliyyətimdə heç bir səbəb tapa bilməyiblər, yəni tam qərəzçilik zəminində bloklanmışam. Aydındır, suallara cavab vermək, iradlardan nəticə çıxarmaq idarəçi vəzifənizi icra etmək iqtidarında deyilsiniz. Biz də elə bunu deyirik. Heç bir suala cavab vermədiniz, heç bir vəzifə borcunuzu icra etmədiniz, qaçdınız məqalə redaktə etməyə. Məqalə redaktə etmək isə sizin yox, bizim işimizdir. Məqalə redaktə etmək istəyirsinizsə onda niyə idarəçi seçilmisiniz? İstefa verin, sizin əvəzinizə idarəçilik etmək istənlər idarəçi seçilsinlər. Sizə uğurlar. --Idin Mammadof 19:39, 4 Mart 2016 (UTC)

Məncə AzVikidə ən böyük problem odur ki, dəqiq məsələni müzakirə etməkdən əvəzinə keçirik tamamilə yersiz bazarlığa. Eyni şey də burda görürəm. Mənim təklifim budur: hərəniz burda öz təkliflər ilə bir şərh qoysun, meta-çılar üçün, mən isə onları tərcümə edəcəm. Tək bir şərtim olacaq: bir-birinizin şərhlərini müzakirə etməyin. Çünki AzVikidə 5 il işləyəndən sonra artıq başa düşdüm ki, bu indiki kimi müzakirələrin heç vaxt nəticəsi yoxdur. Bu səhifədə isə Azərbaycan dilində müzakirə aparmaq tamamilə absurddur. Sizin uzun bataliyalarınızı əziyyət çəkib tərcümə edən heç kim olmayacaq. Ona görə, xahiş edirəm, bu aşağıda yaratdığım altbölmədə qısa şəkildə, bir-birinizə cavab vermədən təkliflərinizi yazarsınız. --Мурад 97 (talk) 00:42, 6 March 2016 (UTC)[reply]

Təşəkkürlər Murad bəy. META-da öz dilimizdə yazmaq qadağan deyil, amma siz dediyiniz kimi yazdığımızın tərcüməsi də olmalı. Məsələn, buradakı kimi. --Afrasiyab (talk) 9:41, 6 March 2016 (UTC)
Bunun qadağan olduğunu yazmadım. Lakin, divarnan danışmağı da texniki olaraq heç bir qanun qadağa etmir. Və məncə burdaki aparılan müzakirə belə davam etsə, divarnan danışmağın yekundan artıq nəticə vermiyəcək. --Мурад 97 (talk) 20:52, 6 March 2016 (UTC)[reply]

Təkilflər/Proposals edit

  • Comment Comment
  • az: İdarəçilərin müddətli, yaxud müddətsiz seçilməsi ilə bağlı vikipediyanın aparıcı dil bölmələrinin təcrübəsini öyrənmək və AzVikiyə tətbiq etmək lazımdır. Əgər aparıcı vikilərdə idarəçilər müddətli seçilirsə, bizdə də müddətli olsun. İdarəçilərin hamısının etimad səsverməsi keçirilsin. Aministiya elan olunsun, bütün bloklar açılsın. Arbitraj Komitəsi yaradılsın. Vikipediyanın işini pozan, qərəzli redaktələrlə məşğul olan, vandallıq edən, qaydaları pozan idarəçilər müddətli, yaxud müddətsiz bloklansın. --Afrasiyab (talk) 9:54, 6 March 2016 (UTC)
    • en: The experience of Wikipedia's leading language editions regarding temporal or non-temporal election of administrators has to be learned and implemented in AzWp. If administrators in the leading wikis are being elected on temporal basis let us do it on temporal basis as well. Approval elections should be held for all the administrators. Amnesty should be declared, let's cancel all the blocking. An Arbitration Committee should be created. Those administrators who disrupt the work in Wikipedia, who is busy with inequitable edits, who does vandalism and brakes rules should be subjected to temporal or non-temporal blocks. translated by: --Мурад 97 (talk) 20:47, 6 March 2016 (UTC)[reply]