Vikimedia Fondu seçkiləri/2022/Elan/2022 Seçki Kompası üçün bəyanatlar təklif edin

2022 Seçki Kompası üçün bəyanatlar təklif edin

Bu mesajı əlavə dillərə tərcümə edilmiş şəkildə Meta-vikidə tapa bilərsiniz.

Hamıya salam,

Qəyyumlar Şurasının 2022-ci il seçkiləri könüllüləri Seçki Kompasında istifadə ediləcək bəyanatlar təklif etməyə dəvət olunurlar.

Seçki Kompası seçicilərə öz inanclarına və baxışlarına ən yaxşı uyğun gələn namizədləri seçməkdə kömək etmək üçün bir vasitədir. İcma üzvləri namizədlərə Lickert şkalası ilə cavab vermələri üçün bəyanatlar təklif edəcəklər (razıyam/neytral/narazıyam). Namizədlərin ifadələrə cavabları Seçki Kompası alətinə yüklənəcək. Seçicilər ifadələrə cavablarını daxil etməklə alətdən istifadə edəcəklər (razıyam/narazıyam/neytral). Nəticələr seçicilərin inanclarına və baxışlarına ən yaxşı uyğun gələn namizədləri göstərəcək.

Seçki Kompası üçün vaxt qrafiki:

8 - 20 iyul: Könüllülər Seçki Kompası üçün bəyanatlar təklif edirlər

21 - 22 iyul: Seçki Komitəsi bəyanatlara aydınlıq gətirmək üçün nəzərdən keçirir və mövzudan kənar bəyanatları çıxarır

25 iyul - 3 avqust: Könüllülər bəyanatlara səs verirlər

4 avqust: Seçkilər Komitəsi ən yaxşı 15 bəyanatı seçir

5 - 12 avqust: namizədlər özlərini bəyanatlarla uyğunlaşırlar

16 avqust: Seçki Kompası seçicilərin səsvermə qərarlarını yönləndirə bilmələrinə yardımçı olması üçün açılır

Seçki Komissiyası avqustun əvvəlində ən yaxşı 15 bəyanatı seçəcək. Seçki Komitəsi Hərəkatın Strategiya və İdarəetmə qrupunun dəstəyi ilə prosesə nəzarət edəcək. MSG komandası sualların aydın olmasını, dublikatların, hərf səhvlərinin olmadığını və s. məsələlərə nəzarət edəcək.

Hörmətlə,

Hərəkat Strategiyası və İdarə heyəti

Bu mesaj İdarə Heyətinin Seçki İşçi Qrupu və Seçki Komissiyası adından göndərilib