Fundraising 2011/Jimmy Letter 001/az

Translation instructions
  • For pages marked "Missing" or "In progress", click the page title and start translating. When you are done, click "edit status" and change the status to proofreading.
  • For pages marked "Needs updating", compare the page to the source page and update the translation accordingly. When you are done, click "edit status" and change the status to proofreading.
  • It is important to have someone else proofread the translated page! If you have proofread a page and it is ready for publication, click "edit status" and change that page's status to ready.
  • If you are changing something that has already been published, change its status back to ready for it to be published again.

If you have any questions or feedback regarding the translation process, please post them here. Translation FAQ

Mən könüllüyəm.

Vikipediyadakı işlərimin qarşılığında digər minlərlə könüllü müəllif və redaktor kimi mən də bir qəpik də olsa pul almamışam. Vikipediyanı yaradanda onu reklam bannerləri yolu ilə pul qazanan mənfəət məqsədli bir şirkət kimi təşkil edə bilərdim, amma mən fərqli bir şey etməyə qərar verdim.

Ticarət yaxşıdır. Reklamlar pis deyil. Amma bura onların yeri deyil. Vikipediyada bu olmaz.

Vikipediya xüsusi bir şeydir. Kitabxana və ya ictimai park kimidir. Ağıl üçün bir məbəd kimidir. Bizim hamımızın düşünmək, öyrənmək, biliklərimizi başqaları ilə bölüşmək üçün gedə biləcəyimiz bir yerdir. Bənzərsiz bir insani layihədir, tarixdə növünün tək nümunəsidir. Planetimizdəki hər bir insana ödənişsiz ensiklopediya çatdırmağı məqsəd qoyan humanitar bir layihədir.

Hər bir insana.

Əgər bu müraciəti oxuyan hər kəs 5 dollar ianə verərsə, biz bu ianə toplama kampaniyasını bu gün tamamlaya bilərik. Lakin, hamı ianə verməyəcək və ya verə bilməyəcək. Bu da yaxşıdır. Hər il kifayət qədər insan ianə vermək qərarına gəlir. Biz hədəfimizə çatanda kampaniyanı dayandırırıq. Biz kiçik bir təşkilatıq və mən uzun illər bu təşkilatı güclü saxlamaq üçün çox çalışmışam. Biz öz vəzifəmizi yerinə yetiririk və işimizin bəhrələrini başqalarının istifadəsinə veririk.

Reklamlara müraciət etmədən işləmək üçün Sizə ehtiyacımız var. Bu xəyalı yaşadan sənsən. Vikipediyanı yaradan sənsən. Sakit bir düşünmə və öyrənmə yerinə sahib olmanın dəyərinə inanan sənsən.

Vikipediyanı bu il də qorumaq və dəstəkləmək üçün 5 dollar, 20 avro, 1000 yena və ya ödəyə bildiyiniz qədər ianə verməyi düşünün.

Təşəkkürlər,

Cimmi Ueyls
Vikipediyanın qurucusu