Qoşulma Komitəsi/Qərarlar/Azərbaycan vikimediaçıları istifadəçi qrupu - Əlaqələndirici təsdiqi, Sentyabr 2014

Aşağıdakıları nəzərə alaraq:
  1. Vikimedia İstifadəçi Qruplarının təsdiq edilməsi Qoşulma Komitəsinin cavabdehliyindədir;
  2. Qoşulma Komitəsinin Vikimedia İstifadəçi Qrupunun müraciəti ilə bağlı əlaqələndirici təyin edilmiş 2 üzvü müraciəti 1 il müddətinədək təsdiq edə bilər;
  3. Azərbaycan vikimediaçıları istifadəçi qrupunun müraciətinə Qoşulma Komitəsi tərəfindən onların meta səhifəsində baxılıb və onun müzakirə səhifəsində müzakirə edilib;
  4. Qrupun meta səhifəsində qeyd edilən məqsədlər "Azərbaycan dilində Vikimedia layihələrinin yaradılması və genişləndirilməsi, Azərbaycanda təbliğat işi və təhsil proqramları və VikiAnbarda Azərbaycanla əlaqəli məzmunun artırılması, həmçinin digər ölkələrdəki istifadəçi qrupları və yerli nümayəndəliklərlə qarşılıqlı əlaqələrin qurulması, regional və beynəlxalq Vikimedia tədbirlərini təşkil etmək və nəhayət Azərbaycanda yerli nümayəndəliyi yaratmaqdır";
  5. Qoşulma Komitəsinin bu müraciətlə bağlı təyin edilmiş əlaqələndiricilərinin fikri belədir ki, qrup Vikimedia İstifadəçi Qrupu statusu üçün qoyulan tələblərə cavab verir.
Bunları nəzərə alaraq,
qərara alır ki, Azərbaycan vikimediaçıları istifadəçi qrupu uzadılma imkanı ilə bir il müddətinə Vikimedia İstifadəçi Qrupu kimi təsdiq edilsin və bu müddət Vikimedia İstifadəçi Qrupu razılaşması imzalandıqdan sonra aktivləşdirilsin.

İstinadlar

Votes

  Resolution passed with 2 votes in favor, 0 votes against, 0 abstentions, 0 votes not cast, on 17 September 2014.