Ukrayna mədəni diplomatiya ayı, 2023

This page is a translated version of the page Ukraine's Cultural Diplomacy Month 2023 and the translation is 100% complete.

Ukraine's Cultural Diplomacy Month 2023

1 mart – 31 mart    

[Social media: #UCDMonth] • [Link here: ucdm.wikimedia.org.ua]    



Vikipediyada Ukrayna mədəniyyətinin işıqlandırılmasını təkmilləşdirmək məqsədini daşıyan yazı çağırışına xoş gəlmisiniz!
  • Nədir: Bu, Vikipediyanın mümkün qədər çox dil layihəsində Ukraynanın mədəniyyəti və xalqı haqqında məqalələr yaratmaq və təkmilləşdirmək məqsədi daşıyan ictimai yazı müsabiqəsidir. Biz 2021-ci və 2022-ci illərdə çox uğurlu kampaniyaları davam etdiririk. Diqqət yetirilməsi təklif olunan məqalələrin siyahısı müsabiqənin təşkilatçıları tərəfindən təqdim olunub. Ən fəal iştirakçılar mükafatlar əldə edəcəklər.
  • Nə vaxt: Yazı çağırışı 00:01, 1 mart 2023 (UTC) tarixindən 23:59, 31 mart 2023 (UTC) tarixinə qədər həyata keçirilir.
  • Necə: Müsabiqənin quruluşu sadədir və 4 addımdan ibarətdir: Üzərində işləmək üçün məqalələr seçin → Fəaliyyətiniz üçün xal qazanın → Əlinizdən gəldikcə mümkün qədər çox xal qazanmağı hədəfləyin → Töhfənizə görə mükafat qazanın!
  • Kim: İstənilən vikidə yaradılmış hesabı olan istənilən Vikipediyaçı istənilən dildə Ukrayna mədəniyyəti ilə bağlı məqalələrin yazılması və/yaxud tərcüməsində əməkdaşlıq etməyə kömək edə bilər. İştirak etmək üçün İştirakçılar bölməsində qeydiyyatdan keçməlisiniz.
  • Niyə: Müsabiqə Vikimedia Ukrayna tərəfindən Ukrayna İnstitutuUkrayna Xarici İşlər Nazirliyi ilə əməkdaşlıq çərçivəsində təşkil olunur. Vikipediyada bütün növ mövzular üzrə məqalə çatışmazlığı var və bu müsabiqə vasitəsilə biz Ukrayna xalqı üçün əhəmiyyətli olan mədəni hadisələr haqqında məqalələri təkmilləşdirməyə ümid edirik. Oxucularımızın yüksək keyfiyyətli məlumat əldə etməsini təmin etmək üçün Vikipediya məqalələrinin və Ukrayna mədəniyyətinin işıqlandırılmasının təkmilləşdirilməsi vacibdir.