Yeni stüardlar təxminən ildə bir dəfə seçilir. Stüardlar konsensus və qaydalar əsasında Vikimedia Fondunun bütün viki layihələrində texniki işləri yerinə yetirirlər: istifadəçilərin statuslarında dəyişikliklər edir, istifadəçi sui-istifadəyə yol verirsə onun haqqında məlumatları nəzərdən keçirir və s. (bax: daha ətraflı).
Səsvermə, tərcümə və ya namizəd olmağın yolları haqqında daha ətraflı məlumat almaq üçün qaydaları oxuyun. Siz istifadəçi hesabınızın səsvermənin tələblərinə cavab verib vermədiyini avtomatik yoxlaya bilərsiniz.
Namizədliklər 15 yanvar 2013-ci il saat 00:00-dan 28 yanvar 2013-ci il saat 23:59-a (UTC) qədər irəli sürülə bilər. Namizədlərə ünvanlanan suallar 27 fevral 2013-ci il saat 23:59-dan (UTC) qəbul olunacaq.
Səsvermə 8 fevral 2013-ci il saat 00:00-da başlayacaq və 27 fevral saat 23:59-da (UTC) sona çatacaq. Namizədlər kriteriyalara uyğun gəlməli və lehinə ən azı 30 səs almaqla ümumi səs verənlərin 80%-nin etimadını qazanmalıdırlar. Nəticələri statistika səhifəsində izləmək olar.