Requests for comment/Copyright violations and no reason block by sysop on Azwiki

The following request for comments is closed. Please participate in the broader discussions over Requests for comment/Do something about azwiki. Winged Blades of Godric (talk) 15:34, 14 May 2019 (UTC)[reply]


Hello. I contribute on Azerbaijani Wikipedia. On our Wikipedia there are a lot of copyright violations. I want fight against them, but our sysop don't let me, because they say if there is a name of author of copyrighted material on References list, so they count them no copy right violation. What is the rule? I want show you one example cause my block on Azerbaijani Wikipedia. This article fully copied from here. You can see this link on references list also. So I added template for speedy deletion. One of sysops ask me reason for this edit on talk page of article, and I said because full article is contain copyrighted material. After 20 days Cekli829 (sysop and creator of article) undo my edit. I asked him reason on user talk page. He claimed article no fully copyrighted so it is can not be nominate for speedy deletion (but it is fully). After that I deleted copyrighted material from article. Cekli829 revert it and block me. What can I do now? I f you have any question please ask me in this discussion. --Drabdullayev17 (talk) 04:02, 21 September 2017 (UTC)[reply]

@Cekli829: please comment this issue ASAP. --Vituzzu (talk) 22:18, 21 September 2017 (UTC)[reply]
@Vituzzu: diqqətiniz üçün təşəkkürlər! Qeyd edim ki, mən Drabdullayev17-ni hazırda AzVikidə qüvvədə olan Bloklama qaydalarına əsasən bloklamışam. Həmin qaydaların "Bloklanma səbəbləri"nin 3-cü və 7-ci bəndləri onun bloklanması üçün kifayətdir. Onu da bildirim ki, bu istifadəçi istifadə etdiyi başqa adla da (Aabdullayev851) daha əvvəl tərəfimdən bloklanmışdır (səbəb burada izah olunub). Nəzərinizə çatdırım ki, AzViki lokal bir layihədir. Burada nə qaydalar, nə də istifadəçilər məsələn, EnVikidə olduğu qədər ideal bir səviyyədə deyil. Mövcud problemlərin həlli ilə bağlı isə birdən-birə addım atmaq indiki mərhələ üçün məqsədəuyğun hesab oluna bilməz (iddiaçının dediyi kimi 20 gün ərzində heç bir idarəçinin həmin məqaləni silmədiyi faktı da buna bir sübutdur). Bəli, AzVikidə müəlliflik hüquqları ilə bağlı bir sıra problemlər var. Bu özünü ilk növbədə şəkillərdə göstərir. Məqalələrə gəldikdə isə müəlliflik hüquqları ilə bağlı problemlər olan məqalələr aktiv istifadəçilər tərəfindən mütəmadi olaraq qaydasına salınır. Konkret universitet məqalələrinə gəldikdə isə onların böyük bir hissəsini mən hazırlamışam. Onların da bir hissəsinin müəyyən hissələri müəlliflər tərəfindən yazılmış məqalələrə aid olsa da Vikipediya:Beş əsas prinsipdə qeyd olunduğu kimi Müəllif hüquqları qanunlarına hörmət edilərək məqalələrdə onların adı, məqaləyə müvafiq keçidlər və s. məlumatlar qeyd olunmuşdur. Hətta bir sıra məqalələri müəlliflər özləri şəxsən mənə təqdim ediblər ki, Vikipediyaya yerləşdirim. Məsələn, bunun kimi: Tallin Texniki Universiteti. Belə məqalələrin müzakirə səhifəsində bu məzmunda qeyd də qoymuşam ki, "Yaratdığım bu məqalədə istifadə etdiyim məlumatların müəllifi "Rabitə dünyası" qəzetinin əməkdaşı Cahangir Atakişiyevdir. Amma məlumatları bura yerləşdirməyimlə bağlı heç bir müəlliflik hüququ pozuntusu olmamışdır. Çünki bu məlumatları Cahangir Atakişiyevin razılığı ilə bura yerləşdirirəm. Bu Cahangir Atakişiyevin, həmçinin "Rabitə dünyası" qəzetinin Azərbaycanca Vikipediyaya töhfəsidir." Onu da bildirim ki, indiyə qədər heç bir müəllif tərəfindən şəxsən mənə müəlliflik hüququ pozuntusu ilə bağlı heç bir irad bildirilməmişdir. --►Cekli829 20:30, 22 September 2017 (UTC)[reply]
@Vituzzu: do you understand? If you want I can translate? @Sortilegus:, @Wertuose:, @Sultan11:, @Baskervill:, @White Demon:, @Anar kerimxanov:, @Araz Yaquboglu: and @Eldarado:, please join here. @HakanIST: and @Mardetanha: you are only two stewards who know Azerbaijani, so please help us. --Drabdullayev17 (talk) 05:29, 23 September 2017 (UTC)[reply]
@Cekli829:, bloklannma qaydalarının 3-cü və 7-ci maddəsinə əsasən məni blokladığınızı deyirsiniz. Amma siz yalan danışırsınız. İzah edim. 3-cü maddədə göstərilir: İstifadəçi Vikipediyada əsasən vandalizmlə məşğul olarsa (məqalədə bütün mətnin silinməsi, məqalədə mənbə ilə əsaslanmış mətnin silinməsi, etibarlı mənbənin və istinadların silinməsi); Bəli mən mətni silmişəm amma o bloklama qaydalarında o da göstərilib ki, Əgər hər-hansı mətndə müəllif hüquqları baxımından mübahisə yaranmışdırsa, ilk addım həmin mətnin məqalədən çıxarılması olmalıdır. Müəllif hüquqlarının pozulmasını aşkar etmiş istənilən istifadəçi, həmin mətni silmək ixtiyarına malikdir. Xəbərdarlıqlara baxmayaraq, müəllif hüquqlarını pozaraq mətnlərin Vikipediyada yerləşdirilməsi ilə məşğul olan istifadəçilər, layihənin mühafizə edilməsi məqsədi ilə bloklana bilərlər. Demək mən qaydalara zidd heç bir şey etməmişəm. Hətta siz bu mətni daxil etdiyiniz üçün özünüz bloklanmalısınız. Keçək ikinci əsas olaraq göstərdiyiniz 7-ci maddə : İstifadəçi saxtakarlıqla məşğul olaraq, Vikipediyadanın normal işini pozarsa. Bu da yalandır. Çünki, aşağıda saxtakarlığın nə olduğu açıq yazılıb və siz bunlardan hansını etdiyimi sübut edə bilmirsiniz :
== Vikipediyada saxtakarlıq ==

Vikipediyada saxtakarlıq qəbul olunmur və saxtakarlıq etmiş istifadəçi, saxtakarlığı sübut olunarsa tez bir zamanda bloklanır. Vikipediyada saxtakarlıq dedikdə aşağıdakı fəaliyyətlər nəzərdə tutulur:

  • Müzakirələr zamanı başqalarının yazılarının silinməsi, dəyişdirilməsi;
  • İstifadəçinin özünün - artıq şərh verilmiş yazılarının mənalarının dəyişdirilməsi və gizlədilməsi, müxtəlif mətnləri keçmiş müzakirələrə daxil etməklə yanlış fikir yaradılması;
  • Məqalədə redaktə zamanı bilərəkdən etibarlı mənbələrin dəyişdirilməsi;
  • Məqalədə redaktə zamanı bilərəkdən saxta mənbələrin (istifadəçinin iddia etdiyi fikirlərin əslində olmadığı mənbələr) yazılması;
  • Səsvermə zamanı başqasının əvəzinə səsvermə.
Əgər yuxarıda yazdıqlarıma başqa bir şərhiniz varsa bura yazın. Hörmətlə --Drabdullayev17 (talk) 07:30, 23 September 2017 (UTC)[reply]
Hello. I am also sysop in azwiki. I am agree with Drabdullayev17, because he didn't do vandalism. Other sysop @White Demon: also think he never do vandalism and like me he also thinks there is no acceptable reason for block. He and other users also write on Village Pump of azwiki. With this reason I unblocked Drabdullayev851 but @Cekli829: block him again. But still he can not explain reason of blocking.--Baskervill (talk) 10:33, 23 September 2017 (UTC)[reply]
I support Drabdullayev17's and Baskervill's critiques.--White DemΩn (el psy congroo) 10:52, 23 September 2017 (UTC)[reply]
@Drabdullayev17: 3-cü bəndlə bağlı o zaman haqlı olardınız ki, məqalədə müəllif qeyd olunmazdı. Vikipediyadanın normal işini pozmağınız isə 7-ci bəndə aiddir. + əsassız olaraq məni vandalizmdə ittiham etmişdiniz... Bloklama müddəti də qaydaya görə idarəçi tərəfindən sərbəst olaraq təyin edildiyi üçün 1 aylıq müddətin kifayət edəcəyini düşündüm. @White Demon:@Baskervill:, siz də idarəçisiniz axı?! Nə əcəb həmin 20 gün müddətində müvafiq məqalələri nə siz silmədiniz, nə də başqa idarəçilər silmədilər? --►Cekli829 14:49, 23 September 2017 (UTC)[reply]
@Cekli829: sizin irəli sürdüyünüz fikir tamamilə əsassızdır və Vikipediyanın ümumi prinsiplərinə ziddir. Çünki bütün məqalələrdə müəllifi qeyd etilmiş mənbə tapa bilərsiniz. Belə çıxır ki, hamısını köçürüb yapışdıraq Vikipediyaya. Bəs müəllif hüququ harada qakdı? Yenə tutmusunuz öz dediyinizdən. Qaldı 7ci maddəyə. Başa düşmədim siz idealsınız ki, səhviniz olmasın? Sizin səhvinizi demək nə vaxtdan Vikipediyanın işini pozmaq olub? Orada yazılıb ki, saxtakarlıq edərək Vikipediyanın işini pozmaq, yazılmayıb ki, Cekli829 adlı idarəçinin səhvini tutaraq Vikipediyanın işini pozmaq. Yəni siz mənim bloklanma səbəbimi hələ də qaydalara uyğun olduğunu sübut edə bilməmisiniz.— The preceding unsigned comment was added by Drabdullayev17 (talk) 15:14, 23 September 2017 (UTC)[reply]

Hörmətli @Rufet Turkmen: mən sizin Kənd meydanında yazdığınızı oxudum. Siz düz deyirsiniz. Vikipediya daxilində həll etmək olardı. O şərtlə ki, idarəçi müzakirəni sonlandırmamış məni bloklamasa idi və qaydalara riayət olunsaydı. İdarəçi hələ də mənə qarşı irəli sürülən iddiaları sübut edə bilmir. Hörmətli @Sortilegus: Vikipediyamızın yeganə bürokratı olaraq sizin fikrinizi bilmək də mənə maraqlı olardı. Sizcə bloklanmağım nə qədər qaydalarınıza uyğundur. --Drabdullayev17 (talk) 15:37, 23 September 2017 (UTC)[reply]

@Drabdullayev17: 7-ci bənddə vergül olmasaydı, Siz deyən idi... Vikipediyanın işini pozmaq anlayışı mövcud olan standart iş prinsiplərinə aiddir. Bloklanma səbəbini isə konkret olaraq bir neçə dəfə izah etmişəm. Bloklayarkən də bunu qeyd etmişəm. Siz məni vandalizmdə ittiham etmisiniz... Onu da qeyd edim ki, müəlliflik hüququ ilə bağlı iddianız “Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə də uyğun deyil. Siz iddianızı əsaslandırmaq üçün anl.az saytını qeyd etmisiniz. Amma həmin saytda müvafiq keçid oxucular üçün açıqdır. Bu da o deməkdir ki, müvafiq məqalə “Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında” Azərbaycan Respublikası Qanunu ilə qorunmur. Qorunan əsərlərdə isə belə bir xəbərdarlıq var:
"Azərbaycan Milli Kitabxanasının Elektron bazasına daxil olan bütün resurslar “Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında” Azərbaycan Respublikasının Qanunu ilə qorunur. Elektron resursların surətinin çıxarılması və çoxaldılması, onların daşıyıcılara köçürülməsi qadağandır. “Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında” qanunun tələblərinə riayət etməyən istifadəçilər qanunvericiliyə müvafiq olaraq məsuliyyət daşıyırlar."
Onu da qeyd edim ki, məqalədə onu yazanın adı müəllif kimi deyil, Hazırladı: yazılaraq qeyd olunub. Onu da qeyd edim ki, istinad etdiyiniz müvafiq linkdə olan məlumatlar “Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinin "q" bəndində göstərilənlərə (günün yenilikləri, müxtəlif hadisə və faktlar barədə informasiya xarakterli məlumatlara) aid edilə bilər ki, onlar da Qanunla müəlliflik hüququ ilə qorunmayan obyektlər hesab olunur. --►Cekli829 15:43, 23 September 2017 (UTC)[reply]
@Cekli829: vergülü kim qoyub bilmirəm amma Azərbaycan dilinin qaydalarına görə orada vergül olmamalıdır. Əgər vergüldən əvvəlki söz "məşğul olarsa" olsa idi vergül qoyulmalı idi. Çünki onda hər ikisi eyni cümlə üzvü olardı. Keçək ikinci məsləyə əgər anl.az saytı sizi qane etmirsə bura yenidən göz atın. Ən axırda lazımı informasiyanı görəcəksiniz. --Drabdullayev17 (talk) 16:28, 23 September 2017 (UTC)[reply]
Obviously I cannot unerstand a single word, though it's Cekli829's interest to deny copyviol allegations in order to avoid their obvious consequences. --Vituzzu (talk) 17:01, 23 September 2017 (UTC)[reply]
Mən fikirlərimi “Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq əsaslandırmışam. --►Cekli829 17:09, 23 September 2017 (UTC)[reply]
@Cekli829: Birincisi biz Vikiqaydalarla işləyirik. İkincisi göstərdiyiniz Qanun müvafiq maddəsi xəbərlərə, bildirişlərə aid edilir ki, onlar Vikipediyanı yox Vikixəbərin mövzusudur. @Vituzzu:, Cekli829 says if there is name of author copyrighted material at reference list, it is OK use this material with copy-paste method. He also says author personally ask to him add this materials to Wikipedia. When I say he or she should use OTRS he blocked me. --Drabdullayev17 (talk) 19:23, 23 September 2017 (UTC)[reply]
Copyright status is highly questionable though it's not a big deal, but the block itself is a clearcut abuse. I suggest Cekli829 to unblock you ASAP in order to avoid losing his sysop access. --Vituzzu (talk) 19:44, 23 September 2017 (UTC)[reply]
@Vituzzu:, tələbinizə uyğun olaraq bloku açdım. Amma bir daha qeyd edim ki, onu bloklamağımın əsas səbəbi məni vandalizmdə ittiham etməsi olmuşdur. --►Cekli829 20:12, 23 September 2017 (UTC)[reply]
@Vituzzu: this is obvious copyright violation. If you want I can write at least five article with copyrighted source. Most of them created by Cekli829 and he just add infobox, category and some wiki code. You can check them. They are same with source word by word. I want unblock and take sysop permission from Cekli829. Because he use it as a weapon against users. There is other cases also. --Drabdullayev17 (talk) 20:03, 23 September 2017 (UTC)[reply]
Please tag these articles, Baskervill or White Demon will surely delete them and Cekli829 must not undelete copyviols. Dealing with Cekli829's sysop status I'll have to remove it if he goes on reversing other sysops' actions (for example undeleting copyvios) but if he doesn't I think it's better to start a local discussion about removing him. --Vituzzu (talk) 23:05, 23 September 2017 (UTC)[reply]
@Vituzzu: mən “Azərbaycan müəllimi” qəzetinə e-meyl vasitəsilə müraciət edib, onlardan elə e-meyl vasitəsilə də aşağıdakı məzmunda məktub almışam:
"Vikipediya" onlayn ensiklopediyasında
"Cekli829" adı ilə fəaliyyət göstərən
Tərxan Əlhəddin oğlu Paşazadəyə
Müraciətinizə əsasən bildiririk ki, "Azərbaycan müəllimi" qəzetində dərc olunmuş "Dünya təhsili" və "Dünya universitetləri" rubrikalı məqalələrin və müvafiq mövzuya bənzər məqalələrin internet ünvanı, dərc olunma tarixi, qəzetin nömrəsi, müəllifin/hazırlayanın adı göstərilmək şərtilə "Vikipediya" onlayn ensiklopediyasında yayımlanmasına heç bir etirazımız yoxdur.
Dərin hörmətlə,
“Azərbaycan müəllimi”
@Vituzzu: istəsəniz həmin e-meyli Sizə də göndərə bilərəm. Hörmətlə, --►Cekli829 08:35, 25 September 2017 (UTC)[reply]
Any permission must be handled via OTRS, and it must included a detailed list of texts but also an explicit acceptance of CC-BY-SA.
Also blocking Drabdullayev17, but above all reblocking him is a clear abuse and IMHO az.wiki local community should remove you as a sysop.
--Vituzzu (talk) 14:29, 25 September 2017 (UTC)[reply]
@Vituzzu: you say that 'Also blocking Drabdullayev17, but above all reblocking him is a clear abuse and IMHO az.wiki local community should remove you as a sysop.' There are so many cases in his activity. I started this discussion. But the voting must begin by sysops. According to our rules. But our sysops do not do that. What shall we do? Al.xonder (talk) 07:32, 28 September 2017 (UTC)[reply]

Müzakirədə əsassz bloklanmalarla bağlı suallarıma və başqa suallarıma cavab verilmədi. İdarəçilə dedilər ki biz saxtakarlıq etməkdə davam edəcəyik, heç vaxt imkan verməyəcəyik Apelyasiya şurası olsun və Arbitraj olsun. Sonra məni blokladılar. Səbəb isə yenə saxtadır. Müzakirə səhifəmə yazıblar, cavabıma isə imkan vermirlər, qaydalara zidd olaraq cavabımı silirlər/ Ona görə cavabımı təkrarən bura yazıram:


Cekli829 mən axı sizdən xahiş etdim ki müzakirə səhifəmi açıq buraxasınız. Bunu niyə etmirsiniz? Səbəbini bilmək olarmı? Mən də məcburam yeni hesab yaratmağa. Siz də bloklayırsınız, işiniz artır, mənim də işim artır.

  • 1. Mən Müzakirə səhifəmi yoxlamıram, yalnız müzakirə apardığım səhifəni yoxlayıram. Deyirəm gəlməyib, ya da gəlib, gözümdən qaçıb, görsəydim dərhal cavab verərdim. İnandırıcı olmayan nədir? 1 ildir Vikipediyada yoxam, bildirişlər haqqında məlumatlı deyiləm.
  • 2.İstinad etdiyiniz məqalədə nə qeyd edilibsə, hamısı istinadla olub. Onun milyard dəfə artığı isə biz idarəçilərə ünvanlanıb. Nədən söhbət gedir, anlamıram. Çox çətinliklə başa düşürəm ki, söhbət Aydın Məmmədov (jurnalist) məqaləsi haqqındadır deyəsən. Nə istinadla olub? Vikipediya məqaləsində etibarlı mənbələrə istinad edilməlidir. Siz nə vaxtdan etibarlı mənbə oldunuz? Vikipediya nə vaxtdan etibarlı mənbə oldu? Mən görməmişəm, deyilənə görə istifadəçi adınızı da girişdə qeyd etmişiniz. Bütün vikipediyada belə bir ikinci məqalə olubmu? Nə danışırsınız siz? Siz şəxsiyyətin şərəf və ləyaqətini alçaltmağa çalışmışınız. Həm də bu birinci deyildir, ikinci idi. Sizə və idarəçilərə kim belə şey edib? Bunu siz etmişiniz! Bu nədir? Kişiyə şərəfsiz deyirsən, mərdiməzər deyirsən, burada da istinadın var?
  • 3. Mən idarəçilərə yazmışam, bu 2 idarəçidir, yaxud 3 idarəçi ola bilər. Amma sizə yazdığımı deməmişəm.
  • 4. Baskervill müddətsiz bloku 1 aylığa çevirib, açıb həmin dəqiqə 1 aylıq edib. 1 dəqiqə keçməmiş mən nə iş etdim ki məni təkrarən bloklayıb? Sizə gülməli görünmür deyəsən?
  • 5. Yuvarlaqlaşdırma haqqında müzakirədə siz saxtakarlıq etmişiniz, qaydada səslərin nisbətlə hesablanması tələb edildiyi halada, siz faiz dediniz, buna etiraz edənləri, o cümlədən məni blokladınız. Bu məsələ qaydaya uyğun həll olunmalıdır, sizin istəyinizə görə yox.
  • 6. Mən əlavə cavab vermirəm, yazdıqlarınızın başdan-ayağa yalan olduğunu göstərirəm. Sizin mənə iftira atmaq hüququnuz yoxdur.
  • 7. Siz azərbaycanlı deyilsiniz, siz azərbaycanlıları qoyun hesab edirsiniz, ələ salırsınız, təhqir edirsiniz, böhtan atırsınız, iftira atırsınız, azərbaycanca Vikipediyada azərbaycanlıların fəaliyyətinə mane olursunuz, bu torpağın çörəyi sizə haram olsun!
  • 8. Bloklayacaqsınız, yeni hesab açacağam. Yeni hesab açmağımı istəmirsinizsə, müzakirə səhifəmi açıq buraxın. Mən şərəfli azərbaycanlıyam, sizin kimi saxtakar deyiləm. Vikipediyanın inkişafı üçün çalışıram. Siz isə azərbaycanlıları buradan çıxarmağa çalışırsınız, başqa bir məqsədiniz yoxdur. Vikipediyanın inkişafını bir balaca istəsəydiniz, dediklərimi qəbul edərdiniz. Mən nə demişəm? Əsassız bloklardan çəkinin, istifadəçiləri təhqir etməyin, qaydalara riayət edin, Apelyasiya yaxud Arbitraj yaradın ki mübahisələr qaydalara uyğun həll olunsun. Başqa bir şey deyirəmmi? Al.xonder (talk) 10:21, 2 October 2017 (UTC)[reply]

@Vituzzu: This is our tradition. If I complain about the manager's activities, that manager himself decides: "This is a lie." Does this match Wikipedia's guidelines? Everyone leaves Wikipedia. Here are just those who pay salaries from the government. Others are not allowed. They threaten us with arrest and torture. Al.xonder (talk) 13:02, 2 October 2017 (UTC)[reply]