Azerbaijan-China Cultural Exchange Program/Azerbaijan



Azərbaycan-Çin Mədəni Mübadilə Proqramı
framless
framless


Azərbaycan-Çin Mədəni Mübadilə Proqramı, Azərbaycan Vikimediaçıları istifadəçi qrupu (AWUG) və Çin Xalq Respublikası Vikimediaçıları (WMC) tərəfindən təşkil olunan, iki cəmiyyət arasındakı əməkdaşlığı gücləndirməyi və tarix, coğrafiya, mədəniyyət, şəxslər və digər mövzularda yüksək keyfiyyətli məqalələrin yaradılmasını hədəfləyən ortaq bir layihədir.

Tərəfdaşlığımızın 1-ci layihəsi 1 iyun 2021-ci ildə başlayacaq və 30 iyun 2021-ci il tarixinədək davam edəcək. Hər iki Vikipediya istifadəçiləri bir-birləri haqqında məqalələr yazacaqlar.

1-ci layihə (Qaydalar)

Qısacası: 1 iyun - 30 iyun 2021 UTC tarixləri arasında arasında etibarlı mənbələrlə Azərbaycan (Çin üçün) və Çin (Azərbaycan üçün) mövzularında məqalələr yaradın və ya tərcümə edin.

  • Yaradılacaq məqalələr Azərbaycana (Çin üçün) və Çinə (Azərbaycan üçün) aid olmalıdır.
  • Məqalə 1 iyun - 30 iyun 2021 (UTC) tarixləri arasında yaradılmalı və redaktə edilməlidir.
  • Məqalə hər dilin standartlarına uyğun yaradılmalıdır. (Məlumat qutusu, şablon və s. istisna olmaqla)
  • Məqalədə etibarlı mənbələrə əsaslanan istinadlar olmalıdır; məqalədəki şübhəli və ya mübahisəli ifadələr həmin məqalədə qeyd olunan istinadlar tərəfindən təsdiqlənməlidir.
  • Məqalədə maşın tərcüməsi edilməməlidir.
  • Məqalədə böyük bir problem olmamalıdır (müəllif hüququ pozuntuları, ensiklopedikliyin sual altında olması və s.).
  • Məqalə informativ olmalıdır.
  • Təşkilatçı tərəfindən yaradılan məqalələrin digər təşkilatçılar tərəfindən yoxlanılması lazımdır.
  • Çin və Azərbaycan Vikipediyasından olan Jüri üzvləri öz dillərindəki Vikipediya üçün məqalənin qəbul edilib edilməməsini müəyyənləşdirəcəkdir.
  • Ən azı bir məqalə yaradan hər bir iştirakçı müsabiqə bitdikdən sonra barnstar alacaq.

Plan

İstifadəçilər plana əsasən və ya planda olmayan Çinə aid məqalələr yarada bilərlər.

İcmalar

Gələcək əməkdaşlıq

2021-ci ildə əməkdaşlığımızı genişləndirməyi gözləyirik!